QMİ sədrinin müavini: Hazırda dini ayinlərin məscidlərdə keçirilməsi virusun yayılması baxımından real təhlükə yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

QMİ sədrinin müavini: Hazırda dini ayinlərin məscidlərdə keçirilməsi virusun yayılması baxımından real təhlükə yaradır

18:56 - 15 / 08 / 2020
QMİ sədrinin müavini: Hazırda dini ayinlərin məscidlərdə keçirilməsi virusun yayılması baxımından real təhlükə yaradır

Xəstəliklər və bəlalar yayılırsa, biz çox ehtiyatlı olmalıyıq. Bu il tədbirlərin, ayinlərin keçirilməsi təxirə salınıb. Bütün dünyanı bürüyən koronavirus qlobal problemə çevrilib. Bütün ölkələr pandemiya ilə mübarizə aparır. Biz - din xadimləri başa düşürük ki, xəstəliyin daha da yayılmaması üçün müvafiq tədbirlər görülür. Məscidlərdə camaat, cümə namazları və bayram namazları müvəqqəti olaraq təxirə salınıb. Avqust ayının 21-də Məhərrəm ayı daxil olur, 30-da isə Aşuradır. Bu mərasimlər həmişə kütləvi şəkildə qeyd edilib, insanlar toplum formasında məscidlərə yığılıblar.

1news.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O qeyd edib ki, hazırda bu mərasimin məscidlərdə keçirilməsi məqsədəuyğun deyil. Bu, virusun yayılması baxımından real təhlükə yaradır. Bu il insanlar ayinləri, ibadətləri öz evlərində keçirə bilərlər və buna heç bir maneə yoxdur. Əsas məsələ odur ki, qəlbimiz Allahımızla olsun. Dua edək ki, Allah bu bəlanı xalqımızdan, dövlətimizdən, dünyamızdan uzaq etsin və inşallah, növbəti mərasimlərimizi məscidlərimizdə keçirək.

1news.az

Paylaş:
662

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər