Ramil Həsən: Azərbaycan dövləti sübut etdi ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramil Həsən: Azərbaycan dövləti sübut etdi ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir

18:25 - 22 / 08 / 2020
Ramil Həsən: Azərbaycan dövləti sübut etdi ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir

“Son dövrlər Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizə çərçivəsində həyata keçirirlən tədbirlərdən biri – bütün bu sağlamlıqla bağlı, vətəndaşlarımızın təhlükəsizliyinin qorunmaq və təmin etmək məqsədilə irimiqyaslı görüşlərin, toplantıların, toy və yas mərasimlərinin keçirilməsinə qadağan edilməsidir ki, dövlət bununla bağlı müvafiq qərarlar verib. Hətta bir masa ətrafında toplaşan insanların sayı ilə bağlı, həmçinin səs-küylü, musiqili əyləncə proqramlarının keçirilməsilə bağlı tədbirlər görülüb.

Bütün bu tədbirlər pandemiya və COVID-19 virusunun yayımasına təkan verən önəmli səbəblərdən biridir”.

1news.az-ın verdiyi xəbərə görə, iki gündür ölkə gündəmində geniş müzakirələrə səbəb olmuş Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin qızına təşkil etdiyi dəbdəbəli toy şənliyi ilə bağlı Milli Məclisin deputatı Ramil Həsən öz fikirlərini bildirib:

“Bu baxımdan Azərbaycandakı son 2-3 gün ərzində müəyyən dairələrdə, xüsuslə də Azərbaycanda yüksək vəzifəli məmur kimi, Azərbaycan dövlətində fəaliyyət göstərmiş insanların, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin öz nəvəsinə toy etməsi açıq və aydın şəkildə, bizə elə gəlir ki, bilərəkdən Azərbaycanın qəbul etmiş olduğu COVID-19 virusuna qarşı mübarizə çərçivəsində qanunların pozulması deməkdir. Çünki mən inanmıram ki, hər hansı bir dövlət məmuru bu qanunların mövcudiyyətindən və yaxud da qanunların hansısa formadda realizə edilməsindən xəbəri olmasın”.

Deputat qeyd edib ki, hətta sizinlə bir məqamı da bölüşmək istəyirəm:

“Bilirsiniz ki, Milli Məclisdə COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qanun qəbul edildi. Qanunun qəbulunda qoyulmuş maddələrdən, müddəalardan biri də odur ki, normal sıravi vətəndaşlar əgər karantin qaydalarını pozarsa 100 manat cərimə olunduğu təqdirdə, hüquqi şəxlər 200 və ya 400 manat cərimələnəcəklər. Yəni hüquqi şəxlər müxtəlif prinsiplər əsasında daha yüksək cəzalandırılacaqlar.  Bu o deməkdir ki, fəaliyyət göstərən dövlət məmurları sıravi vətəndaşlardan daha çox məsuliyyət hissinə sahib olmalıdırlar. Və bu da digər vətəndaşlarımız üçün xüsusi örnək və əhəmiyyət kəsb etməkdədir”.

Millət vəkili bildirdi ki, dəfələrlə bununla bağlı fikirlərimizi bildirimişik.

“Ona görə də toy mərasiminin keçirilməsi, eyni zamanda Ramiz Mehdiyevin nəvəsilə bağlı keçirilən toy mərasimi də açıq və aydın şəkildə karantin qaydalarını pozmaq və karantin qaydalarına riayət etməməklə üst-üstə düşən konkret bir addımdır. Dövlətimizin müvafiq hüquq-mühafizə orqanları bununla bağlı çox doğru, düzgün və obyektivlik nümayiş etdirərək karantin qaydalarını pozan şəxslər haqqında və bu prosesi bilavasitə həyata keçirən şəxslər haqqında müvafiq tədbirlər görmüş və bu tədbirlərlə bağlı qərarlar həm məhkəmə, həm də polis orqanları tərəfindən, onların üzərinə düşən qanun çərçivəsində addımlar atılmışdır”.

Ramil Həsən vurğulayıb ki, ümumiyyətlə digər məmurlar, digər vətənlarımız üçün də açıq və aydın şəkildə siqnal olmalıdır.

“Yəni hər kəs açıq şəkildə başa düşməlidir ki, dövlətin qəbul etmiş olduğu qərarlar, Milli Məclisin qəbul etmiş olduğu qanunlar icra edilmək üçündür. Çeynənilmək və tapdalanmaq üçün deyil. Hər kəs qanun qarşısında cavabdehdir və eyni hüquqlara sahibdir. Əlbəttə ki, Azərbaycan hüquq dövlətidir. Demokratik prinsiplər çərçivəsində insanlar hüquq və azadlıqlarını, fikirlərini azad ifadə edirlər, amma eyni zamanda da qanuna qəti şəkildə riayət etməlidirlər. Demokratiya özü qanunların aliliyidir.

Əgər biz bu bəladan bir an öncə qurtulmaq istəyiriksə, bütün məmurlarımız, o cümlədən Azərbaycanda 25 ildən çoxdövlətin idarə edilməsi strukturlarında ən yüksək vəzifədə oturmuş şəxsin özünün və ailə üzvləri bu qərarlara ciddi riayət etməli və digərlərinə örnək olmalı idilər. Təəssüf ki, toy mərasimi ilə bağlı bunun şahidi ola bilmədik. Və Azərbaycan dövləti dövlət olaraq sübut etdi ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəs Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qanun qarşısında bərabərdir, qanun qarşısında eyni hüquqlara malikdir və haqq-ədalət hər zaman yerini tapmışdır. Əgər səhv varsa cavablnl alacaq, yaxşı işlər görülürsə onun da qarşılığını alacaq”.

Deputat məsələ ilə bağlı bildirdi ki, 1news.az vasitəsilə vətəndaşlara fikirlərimi çatdıraraq bir daha bildirmək istəyirəm ki, dövlət başçımızın bilavasitə rəhbərliyi altında həyata keçirirlən və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə dəstəkləyib, sahib çıxdığı vətəndaşlarımızın təhlükəsizliyini və sağlamlığının qorunması, müdafiə edilməsilə bağlı dövlətin qəbul etmiş bütün qərarlar, bütün qabaqlayıcı tədbirlər, bütün qanunlara ciddi riayət etsinlər:

“Sağlamlığımızın daha da güclü və qüvvətli olması, prosesin rahat davam edib pandemiyadan tez bir zamanda çıxmaq üçün sadəcə dövlətdən yox, eyni zamanda kimliyindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarından, o cümlədən bizdən asılıdır. Bu istiqamətdə hər birimiz dövlətimiz və qanunlarımız qarşısında sadiqcəsinə qanunlara riayət etməyə çağırıram və hər birinizə sağlamlıq diləyirəm”.

Qeyd edək ki, Abşeron Rayon Məhkəməsinin bu gün, 22 avqust tarixli qərarı ilə karantin qaydalarını pozaraq qızına toy təşkil edən – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni - sabiq millət vəkili İlham Əliyev həbs edildi. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən iclasda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 15 sutka həbs edildi. Bundan əlavə, toyun digər təşkilatçısı, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayev də 15 sutka inzibati qaydada həbs edildi.

Mövzu ilə əlaqədar oxuyun:

Prezident İlham Əliyev Ramiz Mehdiyevə “dərs verdi” – VİDEO

Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edildi – FOTO – VİDEO

Karantində toyda iştirak etdiyi üçün Siyavuş Novruzova töhmət verilib

Sabiq deputatın toy edən qudası 15 sutka həbs edildi

Karantində özünə ad günü edən müğənni cərimələndi

S.Xankişiyeva

Paylaş:
3159

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər