Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO
Yeni koronavirus Covid-19 yayılmaqda davam edir və getdikcə yeni ölkələri əhatə edir.
Martın 4-nə olan məlumatlara əsasən, koronavirusa Covid-19 dünyada 93 158 nəfər insan yoluxub. Onlardan 3 198 nəfəri vəfat edib. 50 690 nəfər isə xəstəlikdən sağalıb. Ən çox epidemiyanın mərkəzi – Çində bu günə qədər 80 270 nəfər infeksiyaya yoluxub.
İnternetdə yayılan saxta xəbərlər və nəzəriyyələr də insanların həyəcanını daha da artırır. Bir çoxlarınızın bəlkə də koronavirusdan qorunmaq üçün spirtli içki, sarımsaq və ya küncüt yağımdan istifadədən xəbəri var. Ən təhlükəli halda insanlara əllərini ağardıcı vasitələrlə yumaq “tövsiyyə olunur”.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ fevralın əvvəlində dezinformasiya ilə bağlı mübarizə elan edib:
“Bu gün saxta xəbərlər koronavirusdan daha tez yayılır və bu cür xəbərlər də təhlükəlidir”.
ÜST-ün saytında COVID-19 infeksiyası ilə bağlı sual və cavab bölməsində koronavirusla əlaqədar gündəlik məlumatla tanış ola bilərsiniz. İlk olaraq qeyd edək ki, “koronavirus” – xəstəliyin adı deyil. Bu, insan və ya heyvanla əlaqəli sübut edilmiş patogen xüsusiyyətləri olan virus ailəsidir.
ÜST virusla bağlı profilaktik tədbirlər kimi əsasən bunları tövsiyyə edir: əllər tez-tez yuyulmalı. Xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra bu prosedura mütləq şəkildə əməl olunmalıdır; xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamlı, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamalıdırlar; xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda, dərhal həkimə müraciət olunmalıdır; vətəndaşlar üzərlərində dezinfeksiya vasitələri gəzdirməli və ondan istifadə etməlidirlər; insanların çox olduğu yerlərdə, məsələn hava limanlarında, metroda və s. xüsusilə ehtiyatlı olmaq lazımdır.
Azərbaycanın yerli həkimləri immun sisteminin dəstəklənməsi üçün meyvə və tərəvəzdən daha çox istifadə edilməli, həmçinin ağciyərlərin davamlılığının artırılması üçün fiziki aktivlik tövsiyyə edir. Həmçinin virusun boğazda çoxalaraq ağciyərlərə keçməməsi üçün daha çox maye qəbul edilməsini də məsləhət görürlər.
Eyni zamanda iş yerlərində də profilaktik tədbirlərin həyata keçirilməsilə bağlı tədbirlər var. Burada əsas məsələ infeknsiyanın daha çox olduğu yerlərdə – iş masası, kompüter və qapıların tutacaqları təmiz saxlanılmalı və dezinfeksiya edilməlidir.
Səyyahlar üçün tövsiyyələr
Ümumi profilaktik tədbirlər səyahətə çıxanlar üçün də eynidir. Bir neçə spesifik məsləhətlər var. Əsas məsləhət xəstəliyin daha çox yayıldığı ölkələrə səyahət etməkdən yayınmaqdır.
Əgər səyahət etmək mütləqdirsə, o zaman səfər zamanı xəstəliyin əlaməti olan – yüksək hərarət və öskürən insanlardan uzaq durmalı, əlləri tez-tez antiseptik vasitələrlə silmək və ya sabunla yumaq, yuylmayan əllərlə gözə, ağıza, buruna əl dəyməmək lazımdır. Həmçinin birdəfəlik salfetlərdən istifadə olunmalıdır. Yeməklər tam bişməli, xəstə heyvanlarla təmasdan qaçın və ictimai yerlərdə yerə tüpürməyin.
ÜST həmçinin yüksək hərarət, öskürək və nəfəs yollarında çətinlik yaranarsa o zaman tibbi yardıma müraciət etməli, həkimə son dəfə hansı ölkədə olduğunuzu bildirməlisiniz. Səfər zamanı özünüzü pis hiss edərsinizsə, dərhal ekipaja xəbər verin.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) – ABŞ Federal Səhiyyə Agentliyi –İnfeksiya təhlükəsi səviyyəsindən asılı olaraq müxtəlif ölkələrə səfər etmək barədə tövsiyələrini öz saytlarında yerləşdirir.
Xəritədə təhlükə səviyyəsi artıq olan ölkələr qeyd olunub: ölkə xəritədə nə qədər tünd görünürsə, bir o qədər təhlükə orada çoxdur.
Üçüncü təhlükə səviyyəsi olan ölkələrə edilən bütün vacib olmayan ziyarətlərdən çəkinmək tövsiyə olunur. Hazırda buraya Çin, İtaliya, Cənubi Koreya və İran daxildir. İkinci təhlükə səviyyəsi olan ölkəyə (Yaponiya) yaşlıların, həmçinin xroniki xəstəlikləri olan insanların səfər etməkdən qaçması məsləhət görülür.
Birinci dərəcəli təhəlükə olan ölkələrlə bağlı CDC – oraya səfər etməyi və ya təxirə salmağı bildirmir, lakin ümumi gigyenik qaydalara və profilaktik tədbirlərə riayət olunmasını bildirir.
CDC saytının məlumatına əsasən, təyyarənin göyərtəsində infeksiya riski hava dövranı və filtrasiya səbəbindən yüksək deyil. Lakin elementar gigyenik qaydalara riayət olunması və ehtiyatlı olmaq da lazımdır. Aviareyslər gecikdiyi halda aeroportun ərazisini tərk etməmək tövsiyyə olunur.
Kruiz gəmiləri ilə səfər zamanı tənəffüs yolu xəstəliklərinə tutulma riski daha yüksəkdir. Belə ki, gəmi ilə səfər uzun müddət və daha çox insanı əhatə edir. Bunun bariz nümunəsi Diamond Princess laynerni gətirmək olar. Artıq gəmi bir aydır ki, Yaponiya sahillərində dayanıb. Bu gün sərnişinlərdən 706 nəfəri Covid-19 vurusuna yoluxub.
Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına görə, Covid-19 epidemiyası dünya turizminə 22 milyard dollar zərər vura bilər. Belə ki, məhz Çin turistləri səyahətlər zamanı daha çox xərclədiyi üçün, xərclərinin ixtisarına səbəb ola bilər.
Əgər epidemiya uzanarasa, bu rəqəm də 49 milyard dollara qədər yüksələ bilər. Daha çox Çin turizmindən asılı olan ölkələr – Honkonq, Makao, Tayland, Komboca və Fillipin bundan zərər görə bilər.
Fotoda: Çin və digər ölkələrin boş qalan gəzməli yerləri
Hazırda Azərbaycanda 3 nəfərin virusa yoluxma halı qeyd olunub. İlk vəziyyət fevralın 28-də qeydə alınıb. Həmin gün karantinə alınanların sayı 224 nəfər təşkil edir.
Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Xüsusilə, məktəblər, uşaq baxçaları, ümumi nəqliyyat vasitələri, aeroport ərazisi dezinfeksiya olunur. Martın 9-na qədər ölkə üzrə təhsil müəssisələrində dərslər müvəqqəti dayandırılıb, 9-cu siniflərin buraxılış imtahanı təxirə salınıb.
Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.
Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.
Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı
“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO
TƏBİB Astarada yoxlama apardı - Baş həkim işdən çıxarıldı - VİDEO
Tərcümə: S.Xankişiyeva