1news.az

Yaralanan erməni əsgərləri döyüşməkdən imtina edirlər

19 Oktyabr saat 15:14 ~ 1 dəqiqəlik oxu 1980
Yaralanan erməni əsgərləri döyüşməkdən imtina edirlər

Qarabağdakı döyüşlərdə yaralanan erməni əsgərləri döyüşlərə geri qayıtmaqdan imtina edirlər.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında professor Mels Mkrtumyan bildirib.

Onun sözlərinə görə, erməni əsgərləri müharibə dəhşətindən qorxublar və bu səbəbdən hərbi hospitallara əlavə olaraq psixoloqlar göndərilib:

"Hərbçilərin danışdıqlarından belə anlamaq olur ki, onlar bu anları həyatlarından silə bilməyəcəklər. Onlar dəhşət və qorxu içindədirlər".

Psixoloq qeyd edib ki, hazırkı vəziyyət 90-cı illərdən tam fərqlidir: "Ordunun psixoloji vəziyyəti gərgindir. Onların bir çoxu müharibənin dəhşətindən xilas olmaq üçün sıralara qayıtmaqdan qəti şəkildə imtina edirlər".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net