Elmar Məmmədyarov: Azərbaycan Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Azərbaycan Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır

11:15 - 19 / 05 / 2018
Elmar Məmmədyarov: Azərbaycan Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır

Azərbaycan həmişə olduğu kimi, Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən fövqəladə Sammitindəki çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 60-dan çox fələstinlinin öldürülməsi və 2000 insanın yaralanması qəbuledilməzdir:

“Biz, üzv dövlətlər və İƏT olaraq bu qan tökülməsini dayandırmaq və qınamaq üçün daha çox səylər ortaya qoymalıyıq. Azərbaycan həmişə olduğu kimi, bu məsələnin ədalətli həllinə töhfə verməyə hazırdır. Biz bir daha tam həmrəyliyimizi və Fələstin məsələsinin ədalətli və hərtərəfli həlli üçün dəstəyimizi bildiririk. Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli Şərqi Yerusəlimin Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət prinsipi”nə əsaslanmalıdır”.

Azərbaycan XİN rəhbəri bildirib ki, ABŞ Prezidentinin Yerusəlim şəhərinin İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 478 saylı (1980) qətnaməsinə zidd bir addımdır. “Göründüyü kimi, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bu addım Fələstin-İsrail münaqişəsinin ədalətli və davamlı həllinə nail olmaq üçün ümidləri puç etdi və humanitar fəlakətə yol açdı”, deyə nazir vurğulayıb.

Elmar Məmmədyarov qeyd edib ki, 2013-cü ildə Azərbaycan Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransına və Yerusəlim şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi edib:

 “2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində biz BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsinin himayəsi və İƏT-in dəstəyi ilə Yerusəlim məsələsinə dair beynəlxalq konfransa ev sahibliyi etdik. Həmin konfrans Əl-Əqsa məscidinin bağlanmasını və orada dindarlara qarşı məhdudiyyətləri qınayan kommünikenin qəbulu ilə nəticələnmişdi.

Bildiyiniz kimi, keçən ay Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransına ev sahibliyi edib. Bu tədbir çərçivəsində Qoşulmama Hərəkatının Fələstin məsələsi üzrə Nazirlər Komitəsinin toplantısı təşkil olundu. Yekun Bakı Bəyanatında zorakılığa tamamilə son qoyulması üçün ciddi kollektiv səylərin göstərilməsinə çağırışlar edildi. Həmçinin Fələstin qurumlarının xahişi əsasında Azərbaycan 2018-ci ilin sonunda Fələstinin Asiya ölkələrində akkreditə olunan səfirlərinin illik toplantısını təşkilinə köməklik göstərməyi planlaşdırır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana tam dəstəklərinə görə İƏT-ə və onun üzv dövlətlərinə minnətdarlığını çatdıran Elmar Məmmədyarov bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və İƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, 25 ildən artıqdır Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini yerli müsəlman əhali və İslam mədəniyyəti üçün dəhşətli humanitar nəticələrə səbəb olan qeyri-qanuni hərbi işğalda saxlamaqdadır.

S.Xankişiyeva

Paylaş:
435

Son xəbərlər

Kəngərlidə tank əleyhinə və top mərmiləri tapılıbBu gün, 17:31İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin yollarda idarə edilməsinə nəzarət gücləndirilir, cərimələr artırılırBu gün, 17:22Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənibBu gün, 17:12İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib - YENİLƏNİBBu gün, 17:01Prokurorluq orqanlarında təyinatlar olub, Füzuli və Cəbrayıl prokurorları dəyişibBu gün, 16:42“Komando başlanğıc kursu”nun buraxılış mərasimi - FOTOBu gün, 16:33Azərbaycan və Dünya Bankı əməkdaşlıq məsələlərini müzakirə edibBu gün, 16:24Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında 13 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 16:04Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı veribBu gün, 15:43TƏBİB və Almaniyanın nüfuzlu klinikası arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 15:37DSX Qazaxın azad edilən kəndləri ilə bağlı məlumat yaydı - FOTOBu gün, 15:23Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı veribBu gün, 15:11Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edirBu gün, 15:07MEDİA kiberdələduzluqla bağlı çağırış etdiBu gün, 14:55Qırğız parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edibBu gün, 14:18Mərkəzi Bank “AFB Bank”la bağlı məcburi sərəncam verdiBu gün, 14:03Binəqədidə mayda narkotiklə bağlı 65 fakt müəyyən edilibBu gün, 13:50Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edibBu gün, 13:29Meyitinin qalıqları 31 il sonra tapılan Abış Məhəmmədovla vida mərasimi keçirilibBu gün, 13:26“Audiovizual media: normalar, reallıqlar və çağırışlar” adlı dəyirmi masa keçirilibBu gün, 13:25
Bütün xəbərlər