Rusiya humanitar köməyə görə Azərbaycana təşəkkür edib | 1news.az | Xəbərlər
Dünya

Rusiya humanitar köməyə görə Azərbaycana təşəkkür edib

17:46 - Bu gün
Rusiya humanitar köməyə görə Azərbaycana təşəkkür edib

Rusiya Azərbaycana humanitar köməyə görə minnətdardır

1news.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan hakimiyyətinə İranın əhalisinə humanitar yardımın çatdırılmasında göstərdiyi dəstəyə görə təşəkkür edib.

O bildirib ki, dərmanlardan ibarət ikinci humanitar yardım partiyası martın 27-də İran-Azərbaycan sərhədində, Astarada təhvil verilib. Dəmir yolu ilə çatdırılan yardımın ümumi çəkisi 300 tondan çox, əlavə 150 ton isə yük maşınları ilə gətirilib.

Zaxarova həmçinin xatırladıb ki, Rusiya Azərbaycan ərazisi vasitəsilə İrana humanitar yardımı ilk dəfə martın 12-də təyyarə ilə göndərib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər