Paşinyan Moskvadadır, Putinlə görüşəcək
Ermənistanın Baş naziri Nikol Pashinyan Rusiyaya işgüzar səfərə gedib.
1news.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, onu Moskvada Vnukovo Beynəlxalq Hava Limanında Rusiya xarici işlər nazirinin müavini Mikhail Galuzin qarşılayıb.
Məlumata görə, Baş nazir bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirəcək.
59












