Ermənilərin klubu Rusiya Peşəkar Futbol Liqasından çıxarıldı | 1news.az | Xəbərlər
Dünya

Ermənilərin klubu Rusiya Peşəkar Futbol Liqasından çıxarıldı

11:16 - 07 / 02 / 2020
Ermənilərin klubu Rusiya Peşəkar Futbol Liqasından çıxarıldı

"Moskva"nın ermənilərə məxsus olan "Ararat" klubu Rusiya Peşəkar Futbol Liqasının iştirakçıları sırasından çıxarılıb.

1news.az qol.az-a istinadən xəbər verir ki, sözgedən qərarı Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi qəbul edib. Buna səbəb olaraq isə RFS-in II Divizion klublarının lisenziyalaşdırılması üzrə komissiyanın "Ararat"ın lisenziyasını geri çağırması göstərilib.
Hazırda "Ararat" PFL-in Mərkəz zonasında turnir cədvəlində 8-ci yeri tutur. Rusiyanın səviyyəcə üçüncü divizionunda erməni komandası 23 xal toplayıb.

1news.az

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər