Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin növbəti uğuru - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin növbəti uğuru - VİDEO

10:47 - 05 / 08 / 2020
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin növbəti uğuru - VİDEO

COVID-19 pandemiyası Azərbaycanda yayılmağa başlayan kimi Təhsil Nazirliyi şagird və tələbələrin təhsildən geri qalmamaları üçün onlayn təhsil sisteminə keçid etdi. Yaranan çətinliklərə baxmayaraq hər il təşkil olunan intellektual yarışları da ilk dəfə olaraq internet üzərindən keçirilməyə başladı.

Bu yarışlardan biri də Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsildə inkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsi” çərçivəsində 6 nömrəli orta məktəbin təşkilatçılığı ilə keçirilən, “Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası Fibonacci intellektual yarışı” oldu. Bu il keçirilən yarışda iştirak edən şagirdlər 40 ümumtəhsil məktəbi təmsil edirdi. Tədris ilinin əvvəlində ənənəvi şəkildə start verilən yarışın final mərhələsi onlayn şəkildə keçirildi. Gərgin mübarizə şəraitində keçirilən yarışın finalında Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin “Growth Mindset” komandası II mövsümün qalibi adını qazandı.

Qeyd edək ki, mütəmadi olaraq təhsillə bağlı yeniliklərə, uğurlara imza atmaqla seçilən Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) pandemiya dövründə də bu ənənəsinə sadiq qaldı, şagirdlərin intellektual inkişafı üçün bir çox layihələr gerçəkləşdirdi. Bu layihələrdən biri olaraq, şagirdlər arasında keçirilən "MTK Bir Dünya Birlikdə Evdə” adlı onlayn istedad şousunu nümunə göstərmək olar. Azərbaycanda ilk dəfə baş tutan bu yarış həm şagirdlərin, həm də valideynlərin çox böyük marağına səbəb oldu.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən, həmçinin ilk dəfə onlayn şəkildə məktəblilər arasında "Mind Task" intellektual oyunu da keçirildi. Məhz bu tip yarışlar MTK-da təhsil alan şagirdlərin gələcəkdə iştirak edəcəkləri digər müsabiqə və yarışlarda uğurlu nəticələr əldə etməsində, hər zaman qaliblər sırasında olmasında çox səmərəli, faydalı olacaqdır. 

Xüsusilə vurğulamalıyıq ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi pandemiya dövründə təkcə öz şagirdlərini düşünmədi. Belə ki, ilk dəfə olaraq ölkə üzrə bütün yaş qruplarından olan şagirdlər üçün ödənişsiz onlayn dərslər təşkil olundu.Yüzlərlə şagird bu dərslərdə iştirak edərək onlayn dərslərdən fayda əldə etdilər. Dərslərin sonunda həm şagirdlər, həm də valideynlər keçirilmiş dərslərdən razı qaldığını bildirərək onlar üçün yaradılmış bu şəraitə görə MTK-ya təşəkkür etdilər.

Bir sözlə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi pandemiya dövründə yaranmış çətin vəziyyətə baxmayaraq, təhsil verməklə yanaşı, şagirdlərin intellektual inkişafı üçün də maksimum imkanlar yaratmağa çalışdı.

Xatırladaq ki, 2020-2021 tədris ilin üçün Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə şagirdlərin qəbulu davam edir. Keçidə daxil olaraq bu barədə geniş məlumat əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
962

Son xəbərlər

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 ProBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57
Bütün xəbərlər