Paşinyan Gürcüstanı “böyük Ermənistan” hesab edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Paşinyan Gürcüstanı “böyük Ermənistan” hesab edir

17:30 - 19 / 02 / 2020
Paşinyan Gürcüstanı “böyük Ermənistan” hesab edir

2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi Münxen[1] Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağla bağlı panel müzakirələrin aparılması zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın tarixi ümumiyyətlə bilmədiyi, siyasi savadsızlığı üzə çıxmış, nəticədə isə o, açıq-aşkar biabır olmuşdur. 

Konfransdakı panel müzakirələri zamanı Paşinyan həyasızcasına bildirmişdir ki guya Qafqazda yalnız ermənilər və gürcülər yaşamış, azərbaycanlılar isə olmamışdır. Lakin bu fikir kökündən yalnışdır. Qeyd etmək lazımdır ki, ermənilər heç Ermənistanın Respublikasında da avtoxton əhali olmamışlar. Bu baxımdan X. Hyubşman, Q. Bonfante, E. Benvenist kimi görkəmli alimlər, eləcə də erməni alimi Y. Manandyan[2], ermənilərin ulu babalarının, o cümlədən onlara qohum olan frako – frikiya tayfalarının hələ e.ə. II minilliyin əvvəllərində Balkan yarımadasında, daha erkən dövrdə isə Qara dənizdən şimala tərəf olan vilayətlərdə yaşadığını hesab edirlər. Dyakonovun qənaətinə görə, bu tayfalar e.ə. XVIII ortalarında Kiçik Asiyaya soxulmuşlar. İ. K. Kanadşevin qənaətinə görə, ermənilər Gürcüstanın köklü əhalisi olmamışlar.

1911 – ci ildə tədqiqatçı Nikolay Şavrov[3] yazır: “Ermənilərdən başqa aysorlar və müsəlmanlar da Bakı quberniyasında məskunlaşmışlar. Lakin köçkünlərin ən çox sayı ermənilərin payına düşür. Belə ki, Zaqafqaziyada yaşayan 1300000 nəfər ermənidən 1000000 nəfəri buranın yerli əhalisi olmamış və onlar bura bizim tərəfimizdən köçürülmüşlər”.

Erməni etnosunun Qafqazla heç bir bağlılığı və əlaqəsi olmamışdır. Qədim Albaniyanın[4] (Azərbaycan) Yuxarı Qarabağ vilayətində (Arsaq) xristianlığın yayılmasından məharətlə istifadə edərək 1836-cı ildə çar höküməti tərəfindən Alban katalikosluğu ləğv edildikdən sonra erməni keşişləri albanların dini sənədlərinin, kitablarının bir hissəsini məhv etmiş, bir hissəsini erməni dilinə tərcümə edərək özününküləşdirmiş, alban kilsələrini isə mənimsəyərək guya burada qədimdən bəri məskunlaşdıqlarını “sübut etməyə çalışmışlar”. Əslində isə bugünkü Qarabağda olan xristian abidələrinin hamısının albanlara məxsus olduğu hər kəsə məlumdur.

Qeyd etmək lazımdır ki, məhz Qriqoryan[5] kilsəsi ermənilərin Türkiyə və İrandan, Azərbaycan və Gürcüstan ərazilərinə köçürülməsində əsas rol oynamışdır. Qriqoryan kilsəsinin rus imperiyası və Avropa dövlətləri ilə əlaqələri isə XVII əsrə təsadüf edir. Ermənilər elə o vaxtdan avropalıları inandırmağa çalışırdılar ki, guya müsəlmanlar “Avropa ilə bir dinə itaət edən erməni xalqını istismar edirlər”.

Ermənilər öz məqsədlərinə çatmaq üçün ticarətdən sui – istifadə etmişlər. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, görkəmli akademikimiz Ramiz[6] Mehdiyev bu barədə “Qriqoryan kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” adlı əsərində yazır: “1667 – ci ildə Moskva çarı Aleksey Mixayloviçin razılığı ilə Rusiya dövləti ilə yeni Culfanın erməni tacirləri arasında ticarət müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən bütün İran ipəyi Rusiyaya gətirilməli idi ki, onun da bir hissəsi Rusiyadan tranzitlə Avropaya getsin. Bununla da ipəklə ticarət hüququ bir erməni tacirinə verilmiş oldu. Eyni zamanda avropalılar üçün nəzərdə tutulan bütün güzəştlər isə ləğv olundu”.

Ermənilər xəstə təxəyyülünə malik olduqlarına görə hər kəsi inandırmağa çalışırlar ki guya onlar qədimdən bəri Qafqazda məskunlaşmışlar. Əslində isə qonşularının maddi və mədəni sərvəti hesabına tarixi saxtalaşdıran ermənilər, Azərbaycan və Gürcüstanın torpaqlarında heç bir əsası olmayan “böyük Ermənistan”ı yaratmaq arzusundadırlar. Lakin el arasında bir məsəl var ki yalan ayaq açar amma yeriməz. Bu baxımdan biz Nikol Paşinyanın çıxışı zamanı etdiyi səhvlərdən onun necə arsızcasına yalan danışdığının şahidi oluruq: belə ki o, çıxışı zamanı əvvəl, guya “Dağlıq Qarabağda Ermənistan qoşunlarının yox, əhalinin özünümüdafiəsi üçün yerli erməni qüvvələrinin olduğunu”, daha sonra isə guya “oğlunun Dağlıq Qarabağda hərbi qulluqda olduğunu və həmvətənlərini müdafiə etmək üçün ora könüllü şəkildə getdiyini” qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz uzaqgörənliyi, zəngin təcrübəsi, etikası və peşakarlığı ilə Münxen Təhlükəsizlik Konfransında Paşinyanı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA – nın müxbir üzvi, professoru, görkəmli alimimiz Musa[7] Qasımlının da qeyd etdiyi kimi aciz vəziyyətə saldı.

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

[1] Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib /15.02.2020/

https://president.az/articles/35813

[2] Ermənilərin tarixi-coğrafi vətəni varmı? /03.06.2019/

http://1905.az/erm%C9%99nil%C9%99rin-tarixi-cografi-v%C9%99t%C9%99ni-varmi/

[3] Шавров Николай Николаевич. Новая угроза русскому делу в Закавказъе /18.02.2020/

https://www.prlib.ru/item/429115

[4] Atamoglan Mammadli. Nurida Allahyarova. Mea Culpa... Confession of Armenian elite /18.02.2020/

https://www.ebooks.azlibnet.az/book/je4HThFQ.pdf

[5] Ermənilərin Qarabağa köçürülməsi /18.09.2019/

http://1905.az/erm%C9%99nil%C9%99rin-qarabaga-kocurulm%C9%99si-3/

[6] Рамиз Мехтиев. Григорианская церков как инструмент шпионажа против Сефевидского государство. XVII – первая четвертъ XVIII ВВ. /18.02.2020/

http://www.ebooks.az/view/Ei8lsMUu.pdf

[7] Paşinyan Azərbaycan Prezidentinin yanında aciz görünürdü – Professor /17.02.2020/

https://az.trend.az/azerbaijan/politics/3192961.html?fbclid=IwAR2FgTZhkKn1CN8Fk4P6wk3nTIlThWf5V730kGUFqpJ3uCHcgM9e2SOjSDw

 

Paylaş:
533

Son xəbərlər

İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42
Bütün xəbərlər