Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

13:49 - 12 / 07 / 2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib.

1news.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
579

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər