Politoloq: Ərəb dünyası və Afrikada Rusiyanın mövqeyinin güclənməsi ABŞ-ın təzyiqlərinin artması fonunda baş verir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Ərəb dünyası və Afrikada Rusiyanın mövqeyinin güclənməsi ABŞ-ın təzyiqlərinin artması fonunda baş verir

12:45 - 08 / 11 / 2019
Politoloq: Ərəb dünyası və Afrikada Rusiyanın mövqeyinin güclənməsi ABŞ-ın təzyiqlərinin artması fonunda baş verir

Rusiya dünyada mövqeyini möhkəmləndirir. Ərəb dövlətləri və Afrika qitəsi istiqamətindəki işləri bunun əyani sübutudur. Ərəb dünyası və Afrikada Rusiyanın mövqeyinin güclənməsi ABŞ-ın birbaşa və ya dolayısı təzyiqlərinin artması fonunda baş verir.

Soçidə (RF) “Rusiya-Afrika” ilk sammiti keçirildi. Sammitdə 43 Afrika ölkəsinin təmsilçiləri iştirak etdi. Onlardan 11-i dövlət prezident, vitse-prezident və Xİ naziri səviyyəsində təmsil olundu. RF prezidenti V.Putin bu sammitlə Rusiyanın Afrika kontingenti ilə əlaqələrində yeni səhifə açdığını bildirdi. Bu tədbirdə Misir prezidenti əs-Sisinin iştirakı xüsusi diqqət çəkir. Afrika qitəsinə daxil olsa da Misir Ərəb dövlətidir və prezident V.Putin iki Ərəb dövlətinə səfər etməklə Yaxın Şərqdə, Ərəb dünyasında mövqeyini möhkəmləndirir.

Afrika İttifaqı ilə Rusiya arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın əsasları barədə memorandum imzalandı. Müqaviləni Rusiya tərəfdən prezident V.Putin, Afrika İttifaqı tərəfindən isə Misirin prezidenti Əbdül Fəttah əs-Sisi imzaladılar. RF Afrika ölkələrinə daxili vəziyyətin sabitləşməsinə kömək göstərəcəyini bildirdi. Namibiyanın uran resursları RF üçün mühüm əhəmiyyətə malikdir.

Ərəb dövlətləri ilə əlaqə RF üçün daha vacib əhəmiyyətə malikdir. İordaniyanın kralı II Abdulla Soçidə prezident V.Putinlə görüşdü. V.Putin İordaniyanı Yaxın Şərqdə Rusiyanın vacib tərəfdaşı adlandırdı; Rusiyanın Yaxın Şərqdə vacib rolunu dəstəklədiyini bildirdi. Onun fikrincə, Rusiyanın iştirakı olmasaydı Suriyada dinc sülh prosesləri və digər məsələlər inkişaf edə bilməzdi.

Səudiyyə Ərəbistanında prezident V.Putini təmtəraqla qarşıladılar. İkitərəfli əlaqələrin bütün spektri, Yaxın Şərq regionundakı vəziyyət geniş müzakirə edildi. Səudiyyə Ərəbistanı ilə Rusiya arasında əməkdaşlığın özəyi neft-qaz sahəsindəki əməkdaşlıqdır. Bəzi müqavilələr də bu sahəni əhatə edir. Prezident V.Putin sonra Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi. Hər iki ölkədə olarkən bir neçə müqavilə imzalandı. Hər iki ölkədə RF prezidenti V.Putini xüsusi ehtiramla qarşıladılar. Ərəb dünyasının öncülləri olan bu iki dövlət, xüsusilə Səudiyyə Ərəbistanı bununla dünyada gedən proseslərdə ABŞ-ın rolunun zəiflədiyini, Rusiyanın rolunun gücləndiyini dərk etdiyini nümayiş etdirdilər.

ABŞ mənbələrinə  görə Ərəb dünyasındakı qeyri-qanuni silahların 90 faizi Rusiyaya məxsusdur.

İraq Kürdüstanına səfərini Bağdaddan başlayan RF Xİ naziri S.Lavrov İraqın Baş naziri Adil Əbdül Mehdi, Xİ naziri Məhəmmədəli əl-Hakimi, parlamentin sədri Məhəmməd əl-Halbusi və prezident Bəhram Salehlə görüşlər keçirdi. Məqsəd İraq Kürdüstanında keçirdiyi görüşlərin İraqın əleyhinə olmadığını nümayiş etdirmək idi. İraq Kürdüstanında isə Xİ naziri S.Lavrovun keçirdiyi görüşlər daha geniş spektrli idi.

İraq Kürdüstanının indiki liderləri ilə yanaşı, hətta keçmiş prezident Məsud Bərzani ilə də görüşdü.

RF Xİ naziri S.Lavrov İraq Kürdüstanında olarkən Suriya kürd müxalifətinin bəzi təmsilçiləri ilə də görüşdü.

İraqa səfərində Xİ naziri S.Lavrovu “Qazprom” və “Rosneft”in rəhbərləri də müşayiət edirdi. Rusiya İraq Kürdüstanında neft-qaz layihələrinə 3 milyard dollar investisiya qoymuşdu. İraq Kürdüstanında müstəqillik haqqında referendumun iflasa uğraması Rusiyanın investisiyasını batırıb. S.Lavrov əsasən bu investisiyanın bərpası ilə məşğul olsa da İraq Kürdüstanı Rusiyanın Yaxın Şərq siyasətində vacib coğrafiyaya çevrilməsi məsələlərinin müzakirə olunduğunu güman etmək olar.

Suriya məsələsində Rusiyanın aktivliyi pik nöqtəsinə çatdı. RF Suriyada ABŞ, İran və Türkiyəyə qarşı oyun aparır. ABŞ artıq Suriyanı hərbi prizmadan qüvvə olaraq tərk edib. ABŞ-ın Suriyada saxladığı hərbi qüvvə yalnız Suriyadakı neft yataqlarının mühafizəsinə sərf olunacaq. RF XİN-in fikrincə, ABŞ hər ay Suriya neftindən 30 milyon dollar gəlir götürür.

Rusiyanın Suriyada ən əsas rəqibi İrandır. Türkiyənin Suriya ərazisinə müdaxiləsi zamanı İranın verdiyi reaksiya göstərir ki, İran Suriyanın daxilində özünü kifayət qədər ciddi qüvvə hesab edir və istənilən qüvvə ilə döyüşməyə hazırdır. Suriyaya müdaxilədən sonra Türkiyə ilə sərhəddə hərbi aktivlik yaratması İranın niyyətinin mesajıdır. Buna baxmayaraq, Rusiya təmkinlə özünün Suriya siyasətini inkişaf etdirir. Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlarının genişləndirilməsinin qarşısını məhz Rusiya aldı. Türkiyə prezidenti R.T.Ərdoğanla 6 saatlıq görüşdən sonra müqavilə imzalandı və azı bununla da prezident V.Putin Türkiyənin Suriyadakı niyyətlərinin 50 faizinə şərik çıxdı. Çünki bütün hərbi əməliyyatlar, patrullaşma, sərhədlərin mühafizəsi birgə reallaşdırılacaqdır.

Diqqət çəkən məqamlardan biri V.Putinin R.T.Ərdoğanla görüşü barədə B.Əsədi məlumatlandırmasından sonra baş verənlərdir. B.Əsəd V.Putinə heç bir etiraz bildirmədi, minnətdarlıq bildirdi və planı qəbul etdiyini bildirdi. Az keçmiş “SANA” agentliyi vasitəsilə Suriyanın hər hansı formada işğalına dözülməyəcəyini bəyan etdi. Bu, ehtimal ki, İranın B.Əsədə birbaşa təzyiqinin nəticəsi kimi ortalığa çıxdı.

RF rəsmiləri Xarici İşlər və Müdafiə nazirləri timsalında Suriyanın rəsmiləri ilə yanaşı müxalifəti və kürd silahlı qüvvələri ilə dialoqdadırlar. Müdafiə naziri S.Şoyqu kürd silahlı qüvvələrinin komandiri Məzlum Abdo ilə görüşdü və vacibi hərbi məsələləri müzakirə etdi.

Aİ ilə Rusiyanın arasındakı münasibətlərdə zəifləmə davam edir.

Fransa prezidenti E.Makron Rusiyanın Suriya, İran istiqamətindəki siyasətini dəstəkləməklə yanaşı, Rusiyanın Avropa məkanına yaxınlaşmasını da dəstəkləyir.

TƏPH kəməri ətrafındakı vəziyyət Türkmənistanı Aİ-yə meylləndirir.

Türkmənistan prezidenti Q.Berdıməhəmmədov Bakıda “Qoşulmama Hərəkatı”nın XVIII sammitində iştirak etdi. Prezident İ.Əliyevlə görüşüb, ikitərəfli münasibətləri müzakirə etdi. Türkmənistan prezidentinin Bakıya səfəri ərəfəsində Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya tranziti məsələsi ilə maraqlanacaqlarını açıqladılar.

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri ətrafında vəziyyət yenidən kəskinləşdi. Proseslər bir neçə istiqamətdən aşkarlandığı üçün ictimaiyyətin xəbəri olub:

Hindistan TƏPH kəməri ilə türkmən qazını 350 dollara almaq istəmir, 140 dollara almaq istəyir. Hindistanın 350 dollara qazı almaq istəməməsi izah olunan məsələdir. Amma 140 dollar qiymət qoyması isə artıq siyasi parametrlərin rolunu göstərir. Hindistan İran qazını almaq niyyətindədir.

Pakistan da qazın qiymətini aşağı salmaq istəyir. Eyni zamanda Pakistanda məmurlardan biri TƏPH-ə ayrılan 255 milyon dollar vəsaiti oğurlayıb. Pakistanda yaranan çətinlikləri və Hindistanın mövqeyini İran parametri ilə əlaqələndirmək mümkündür.

Pakistanın Baş naziri İmran Xan Səudiyyə Ərəbistanı və İran arasında vasitəçilik missiyası ilə Tehranda olarkən İranın Ali rəhbəri Pakistanın Baş nazirinə vasitəçilikdən daha çox İran-Pakistan qaz kəmərinin çəkilməsi ilə məşğul olmağı tövsiyə etdi. Pakistanın ABŞ-la münasibətlərinin zəiflədiyi fonda Pakistan üçün bu təklif daha cəlbedici görünüb. Ona görə Hindistanda düşünürlər ki, İran qazı Türkmənistan qazından ucuz olacaq: Pakistana İran qazı gedəcəksə, oradan Hindistana da gedə bilər və yaxud Hindistan özü müstəqil şəkildə İrandan qaz ala bilər. Qeyd: TƏPH layihəsi reallaşdırılarkən bizim mərkəz belə vəziyyəti əvvəlcədən proqnozlaşdırmışdı.

Əfqanıstanda xüsusi olaraq TƏPH qaz kəmərinin müdafiəçisi üçün hərbi bölmə yaratdılar.

Əfqanıstanda TƏPH-in tikintisi üçün pul çatışmır. Bu rəqəm təxminən 12 milyard dollardır və Əfqanıstanın İqtisadiyyat naziri Mustafa Mastur bu məbləğin Əfqanıstanın imkanından kənarda olduğunu bildirdi.

Əfqanıstan və Pakistan hərbçiləri, rəsmiləri Türkmənistan Xarici İşlər Nazirliyində TƏPH marşrutunun tikintisi, müdafiəsi, elektrik və optik rabitə kanallarının tikilməsi, mühafizəsi məsələlərini müzakirə etdilər.

Türkmənistan prezidenti Baş nazirin müavini, neft-qaz sahəsinin kuratoru Murat Meredova töhmət elan etdi. O, TƏPH-lə bağlı vəziyyəti yaxşı nəzarət altında saxlaya bilməyib, ölkə rəhbərliyinə vaxtında məlumat verməyib.

Prezident Q.Berdıməhəmmədov imperator Naruxitonun intronizasiyası ilə əlaqədar Yaponiyada oldu. Bu ölkənin Baş naziri ilə görüşdü, 4 müqavilə imzalandı. Q.Berdıməhəmmədov yapon biznesmenləri ilə səhər yeməyi yedi, Xirosaki universitetinin fəxri doktoru rütbəsi ilə mükafatlandırıldı.

Aşqabadda MDB sammiti keçirildi. MDB üzv ölkələrin prezidentləri sammitdə iştirakla yanaşı, müxtəlif ikitərəfli görüşlər keçirdilər. Prezident Q.Berdıməhəmmədov RF prezidenti V.Putinlə görüşdü, informasiya təhlükəsizliyi sahəsində milli tədbirləri möhkəmləndirmək məsələlərini müzakirə etdilər və bu sahədə də müqavilə imzalandı. Bu, Q.Berdıməhəmmədovun orijinal görünməsi kateqoriyasına aid edilə bilər.

Türkmənbaşı ilə Mahaçqala (Dağıstan, RF) arasında bərə əlaqəsi açmaq razılaşdırılıb.

Aşqabadda MDB üzv ölkələrinin sammiti çərçivəsində Q.Berdıməhəmmədov digər prezidentlərlə yanaşı, Özbəkistan prezidenti ilə də görüşdü. İki ölkə prezidenti İran istiqamətində yeni tranzit koridorunun formalaşdırılması məsələlərini müzakirə etdilər.

Türkmənistan aviakompaniyalarına Aİ ölkələrinin üzərindən uçmağa icazə verildi. Çinin Türkmənistandakı səfiri bu vaxtadək Türkmənistandan 250 milyard m3 qaz nəql etdiklərini bildirdi.

Türkmənistan prezidenti Daxili İşlər nazirini vəzifədən azad etdi, bütün təltiflərindən məhrum etdi, nazir həbs olundu.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
764

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər