Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

15:18 - Bu gün
Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Zığ dairəsi-Hava Limanı yolunda yağışa görə sürət həddi endirilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər