Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO

19:28 - 19 / 04 / 2019
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO

Aprelin 19-da Vyetnam Sosialist Respublikasının Baş naziri Nguyen Xuan Phuk AZƏRTAC-ın sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib.

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Baş nazir təşkilatın regionun informasiya məkanında önəmini vurğulayıb. O, feyk xəbərlərin geniş yayıldığı bir dövrdə OANA-ya üzv agentliklərin etibarlı xəbər mənbəyi kimi qeyri-dürüst məlumatlarla mübarizədə böyük əhəmiyyətə malik olduğunu söyləyib və onların bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Aslan Aslanov tədbirin yüksək səviyyədə təşkilinə, mehriban qonaqpərvərliyə görə Baş nazirə, Vyetnam hökumətinə və VNA agentliyinə təşəkkür edib. O bildirib ki, vaxtılə UNESCO-nun himayəsi ilə yaradılan, Asiya və Sakit okean ölkələrinin aparıcı xəbər agentliklərini öz ətrafında birləşdirən OANA onlayn xəbər axını şəraitində, feyk xəbərlərin tüğyan etdiyi bir vaxtda öz nüfuzunu ildən-ilə daha da artırır, onu daha etibarlı, jurnalistika dəyərlərini qoruyub saxlayan təşkilat kimi önə çıxarır. Üzv agentliklər arasında sıx əməkdaşlıq xalqların adət-ənənələrini bir-birinə daha yaxından tanıtmaq, Asiya və Sakit Okean ölkələrində baş verən iqtisadi, siyasi, mədəni yenilikləri dünyaya daha asan çatdırmaq üçün böyük imkanlar yaradır.

Vyetnam Xəbər Agentliyi ilə AZƏRTAC arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Aslan Aslanov bu əməkdaşlığın yeni mərhələyə yüksəlməsinin Vyetnam və Azərbaycan xalqlarının obyektiv məlumatlarla operativ təmin olunmasındakı rolundan məmnunluqla söhbət açıb.

Baş nazir Nguyen Xuan Phuk Vyetnamın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini qeyd edərək, iki ölkənin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, Hanoy ilə Bakı arasında birbaşa aviareyslərin açılmasının mümkünlüyünü qeyd edib. Baş nazir bir vaxtlar Azərbaycanda ali təhsil alan bir çox vyetnamlının indi dövlət və hökumət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını söyləyib, bu insanların ölkələrimiz arasında əlaqələrin daim yaxınlaşmasına öz töhfələrini verdiklərini bildirib.

Görüşdə müasir medianın inkişafı məsələləri, feyk xəbərlərlə mübarizə, innovasiyalı texnologiyalardan səmərəli istifadə yolları, qabaqcıl təcrübənin tətbiqi və digər aktual məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
4619

Son xəbərlər

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08
Bütün xəbərlər