1news.az

13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb - Nazir

7 Avqust saat 15:34 ~ 1 dəqiqəlik oxu 3740
13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb - Nazir

Azərbaycanda 13 min nəfərin 190 manatlıq ödənişi əlavə gəlir mənbəyi və əmək müqaviləsi olduğuna görə dayandırılıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin 3000 nəfərinin əlavə gəlir mənbəyi aşkarlandığı üçün onların 190 manatlıq birdəfəlik ödəmədən yararlanması dayandırılıb:

"Sosial şəbəkələrdə haqlarında məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu onların haqqı idi. Ancaq növbəti aylardan bu dəstək dayandırıldı. Əlavə ödəmə verilməsi dayandırılan 10 min nəfər iş yeri taparaq əmək müqaviləsi imzalayıb. Buna görə də ödənişi alandan sonrakı aylarda iş tapanlar üçün ödəmə dayandırıldı. Başqa tərəfdən isə SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcbur əmək müqaviləsi imzalamalı oldular. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfəlik ödəmədən kənarlaşdırılıb".

1news.az 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net