Beşinci çağırış Milli Məclisin növbəti iclası keçirilir
Bu gün beşinci çağırış Milli Məclisin növbəti iclası işə başlayıb.
1news.az xəbər verir ki, iclasda 19 sual müzakirə olunacaq.
Eyni zamanda Milli Məclisin intizam komissiyası təşkil olunacaq, hesablayıcı komissiyanın tərkibində dəyişiklik ediləcək. Bundan başqa, parlamentin komitələrinin sədr müavinləri və üzvləri də seçiləcək.
Qeyd edək ki, beşinci çağırış Milli Məclisin komitələrinin sayı 11-dən 15-ə artırılıb, onlardan bəzilərinin adı dəyişdirilib.
1news.az
583