Tofiq Abbasov: “BMT kuluarlarında ATƏT-in Minsk qrupunun rolu və yeri məsələsinə yenidən baxılmasının vacibliyi söylənilir” | 1news.az | Xəbərlər
Siyasət

Tofiq Abbasov: “BMT kuluarlarında ATƏT-in Minsk qrupunun rolu və yeri məsələsinə yenidən baxılmasının vacibliyi söylənilir”

16:14 - 28 / 12 / 2015
Tofiq Abbasov: “BMT kuluarlarında ATƏT-in Minsk qrupunun rolu və yeri məsələsinə yenidən baxılmasının vacibliyi söylənilir”

1news.az-ın politoloq Tofiq Abbasovla müsahibəsi:

- Məlum olduğu kimi, İsveçrənin Bern şəhərində Dağlıq Qarabaq münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin keçirdiyi son görüş bu məsələ ilə bağlı hər hansı irəliləyiş gətirmədi.

Necə düşünürsünüz, gələcəkdə danışıqlar prosesindən nə gözləmək olar?

- Hesab edirəm ki, danışıqlardan nəsə gözləmək olar, lakin erməni tərəfindən müsbət və ya konstruktiv addım gözləmək lazım deyil. Ona görə ki, faktiki olaraq sülh yaratmaq prosesinə heç bir sağlam təsir bağışlamırlar. Məsələ burasındadır ki, prezidentlərin Berndə görüşündən dərhal sonra təmas xəttində yenidən atəşkəs pozuldu və yenidən qurbanlar oldu. Sülh istəyən dövlət gərək hər zaman danışıqlar prosesini davam etdirməyə hazır olduğunu,ümumi səylərə cəhd etmək niyyətində olduğunu ciddi surətdə göstərməlidir.

Hazırkı vəziyyətdə Ermənistan atəşkəs rejimini kobud şəkilkdə pozmaq taktikası ilə silahlanıb. Bununla da o, bütün günahı Azərbaycanın üstünə yıxmaq və münaqişənin sülh yolu ilə həlli istiqamətində heç bir şəraitin olmadığınıdemək istəyir. Biz bunun neçə illərdir ki, şahidi oluruq – Ermənistanda dövlət çevrilişi başlayandan, qanuni prezident Levon Ter-Pertosyanın dəyişməsindən və İrəvanda hakimiyyət başına faktiki olaraq müharibə partiyası gələndən bu yana izləyirik. Məhz həmin insanlar Qarabağ müharibəsinin başladaraq çoxsaylı itkilərə səbəb olub, Azərbaycanın şəhər və kəndləri dağıdılıb. Nəhəng axınla azərbaycanlılar qaçqın və məcburi köçkünə çevrilib. 

- Əgər əvvəlki illərdə Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyədə əlaqələr vardısa, axır zamanlar KİV vasitəsilə qarşılıqlı ittihamlar müşahidə olunur. Bu nə ilə bağlıdır?

- Bu, məhz onunla bağlıdır ki, erməni tərəfi sülh yoluna uyğunlaşmayıb. Onlar Azərbaycan torpaqlarını qaytarmaq istəmirlər. İşğal etdikləri torpaqları qeydiyyata salaraq Cənubi Qafqazın xəritəsində dəyişiklik etmək niyyətindədirlər. Bununla da onlar göstərmək istəyir ki, Ermənistanın Azərbaycan torpaqlarına tarixi hüququ var.

Xatırlayırsınızsa, əvvəllər də iki ölkə prezdentlərinin görüşü keçirilirdi. Rambuy, Paris və Praqada keçirilmiş görüşləri xatırlayın. O zamanlar tərəflər arasında az da olsa təmas nöqtələri tapılırdı. Lakin erməni tərəfi başa düşdü ki, bunula da o, qəflətən yaxalanmış ola bilər və açıq-aşkar siyasi prosesi bombalamağa başladı ki, bütün əlaqələrdən qaçsın və şikayt etsin ki, danışıqları prosesinin müzakirə etməyə heç bir prinsip və dəlillər yoxdur.

- Qeyd etməliyəm ki, Ermənistan yalnız Azərbaycan deyil, eyni zamanda gürcü torpaqlarına – Cəvahetiyəyə də iddialıdır. Son zamanlar bildirilir ki, ermənilər Abxaziyada da fəallaşıblar. Həqiqətəndə bu ölkəninbu qədər sərhədsiz ambisiyaları var? Ermənistan hansı məqsədə qulluq edir? 

- Bilirsiniz, həqiqətən də cəfəngiyyat alınır. Ermənistan Respublikası daxilində ərazi yarada bilməyən xalq, bütün qonşularına torpaq iddiasındadır. Sual olunur niyə? Əgər siz öz ölkənizdə insanların sadə ictimai haqlarını yarada bilmirsinizsə, bununla da ölkədəki çətin vəziyyətlə əlaqədar vətəndaşlar kütləvi surətdə Ermənistanı tərk edirsə, məqsəd nədir?

Məsələ burasındadır ki, erməni rəhbərliyi bütün regionu təzyiq altında saxlayaraq digər ölkələri onun ərazi iddaları ilə razılaşmağa məcbur edir. Hesab edirəm ki, bu, milli kimliyin çirkin təzahürüdür. Erməni xalqı hətta regiona öz məişətini,  yaradıcılıq elementlərini, potensialını təqdim edə bilmir. Buna görə də onlar sağa-sola iddialarını səpirlər. Ermənilərin fikrincə, həm Azərbaycan,həm Türkiyə, həm İran, həm də Rusiya onlara nəsə borcludurlar.  

- Son zamanlar Rusiya və Türkiyə arasında münasibətlərin kəskinləşməsi müşahidə olunur. Münasibətlər faktiki olaraq yox səviyyəsindədir. Bu vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinə təsir edə bilərmi? Aşkar görünür ki, Ermənistan yaranan vəziyyətdən mənfəət əldə etməyə çalışır.

- Xeyr, mən düşünmürəm ki, hazırkı vəziyyət bizim münaqişənin həllinə təsir edə bilər. Cünki Ermənistan –Azərbaycan münaqişəsi və Türkiyə-Rusiya münasibətlərinin  kəskinləşməsi tamamilə fərqlidir. Onlar bir-biri ilə kəsişmir. Əlbəttə, onlar arasında dolayı bağlantı da vardır. Türkiyə Azərbaycanla strateji əlaqələrə malikdir və Qarabağ probleminə biganə yanaşmır. Digər tərəfdən isə Ermənistan özünü təsdiq edə bilməyən ölkə kimi öz xeyrinə bu vəziyyətdən nə isə əldə etməyə çalışır. Belə ki, o, sıxılmış vəziyyət də olduğuna görə gələcək üçün perspektiv plana malik deyil. Buna görə də Ermənistan Qafqazda vəziyyəti kəskinləşdirməyə və gələcəkdə hər hansı mənfəət əldə etmək üçün Türkiyə ilə Rusiyanı üz-üzə qoymağa hazırdır.

Lakin indi fərqli vəziyyət müşahidə olunur. Ermənistan nə isə deyə, yaxud təklif edə bilər, ancaq bu mövcud fəaliyyət istiqamətinə təsir göstərməyək. Cünki nə Türkiyə, nə də Rusiya o səviyyədə deyil ki, Ermənistanın mövqeyini xüsusilə, ikitərəfli münasibətlərdə ciddi qəbul etsin.

Digər tərəfdən isə regional proseslərdə kəskin hadisələr də baş verməsi, hətta yeni balansın yaranması mümkündür.  Lakin bu halda belə Ermənistan üçün həmin iş uğurlu olmayacaq. Cünki məhz Ermənistan elə bir vəziyyət yaradıb ki, onun heç kəsə, heç kəsin də ona ehtiyacı yoxdur. Buna görə də dünyada baş verən bütün mühüm proseslər ölkədən yan keçir.

- Bu məsələnin əsas məqamı  ATƏT-in Minsk qrupudur. Aydındır ki, onun fəaliyyətinin heç bir səmərəsi yoxdur. Bu qrupun formatının gələcəkdə dəyişməsindən söhbət gedə bilərmi? Bu mümkündürmü?

- Bəli. Bern görüşündən əvvəl  Minsk qrupunun ABŞ üzrə həmsədri Ceyms Uolrikin qəfildən özişindən uzaqlaşacağını və iş yerini dəyişəcəyini söylədiyini xatırlayın. Bu ondan xəbər verir ki, ATƏT-in Minsk qrupu Avropa qitəsində problemlərin həlli mexanizmi kimi özünün acizliyini nümayiş etdirdi. Bu format göstərdi ki, ATƏT hətta  danışıqları stimullaşdırmaq imkanında belə deyil. Artıq münaqişə tərəfləri, deyil eyni zamanda, müşahidəçi qismində çıxış edən Avropa dövlətləri və BMT-nin pərdəarxası söhbətlərində də ATƏT-in Minsk qrupunun rolu və yeri məsələsinə yenidən baxılması gərəkdiyi söylənilir. Cünki onun qarşıya qoyulan vəzifəni həll edə bilmədiyi hər kəsə aydındır.

Biz bilməliyik ki, münaqişənin həlli prosesi necə davam edəcək. Hansı prinsiplər əsasında Ermənistanla razılığa gələ bilərik? Köhnə Madrid prinsipləri, yoxsa yenilənmiş Madrid prinsipləri əsasında, ya da təklif olunan yeni prinsiplərə müvafiq olaraq.  Lakin Ermənistan bu prosesin dağılması üçün əlindən gələn hər şeyi edir. Ermənistanın destruktiv siyasətinin nəticələri də Mİnsk qrupunun ciyinlərinə düşür, cünki o, münaqişənin həlli üçün yaradılan siyasi institutdur.

Başqa sözlə ATƏT atəş nöqtələri və donmuş konfliklər olan zonalarda asayişi bərpa etmək iqtidarında deyil. Nəticədə isə aydın olur ki, bir siyasi institut kimi ATƏT işləmir. Ona görə də, istisna etmək olmaz ki, yaxın zamanlarda- yeni ildə,yaxud,  bir qədər sonra ATƏT-in Minsk qrupu münaqişəni ölü nöqtədən qaldıra bilməsə, ondan imtinam ediləcək.

1news.az

Paylaş:
1035

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər