Cıdır düzündə BƏƏ ilə dostluq rəmzi kimi Qarabağ atlarının yürüşü keçirilib

Qarabağ atı bir daha müqəddəs torpaqda mədəniyyətləri birləşdirdi.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.
"Bu gün Şuşada tarixi Cıdır düzündə Qarabağ atlarının möhtəşəm paradı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı davamlı dostluğu qeyd etdi. İrsin və qardaşlığın rəmzi olan Qarabağ atı bu müqəddəs torpaqda yenidən mədəniyyətləri birləşdirdi",-o qeyd edib.
62