“Foreign Policy” Səudiyyə Ərəbistanının İrana və Obamaya nifrətinin səbəbini aydınlaşdırıb
“Səudiyyə Kral ailəsi İranın mövqeyinin möhkəmlənməsindən tutmuş, neftin qiymətinin düşməsinə qədər hər şeydən narahatdır. Vaşiqtonun sakitləşməklə bağlı çağırışları onları daha da gərginləşdirir”.
“Foreign Policy” jurnalındakı analitik məqalə bu cümlə ilə başlayır. Kennet Polakın müəllifi olduğu bu məqalədə amerikalılarla Səudiyyə Ərəbistanındakı müttəfiqlərinin dünyaya baxışındakı fərqlər və sonuncuları narahat edən məsələlər qeyd edilir.
Müəllifin məqaləsini heç bir dəyişiklik etmədən təqdim edirik ( tərcümə 1news.az)
SƏUDİYYƏ ƏRƏBİSTANINDAKI QORXU VƏ NİFRƏT
Qəribədir, şeyx Nimr-ən-Nimrin öldürülməsi nəticəsində Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin gərginləşməsi bir çoxları üçün gözlənilməz oldu.
Lakin Səudiyyə Ərəbistanındakı hadisələri izləyən hər kəs bilir ki, bu hal gözlənilən idi. Təəssüf ki, iş-işdən keçməyənə qədər çox az insan buna diqqət edirdi.
Baş verənləri anlamaq üçün Səudiyyə siyasəti və diplomatiyasını daha yaxşı anlamaq lazımdır. Lakin bizim bu sahədəki bilgilərimizin məhdud olduğunun fərqinə varmalıyıq. İranda olduğu kimi Səudiyyə Ərəbistanı Krallığında da qorxuları və dövlət strategiyasını yalnız xüsusi yaxınlığı olan insanlar anlaya bilər. Dostum Qreq Qauzenin xəbərdar etdiyi kimi səudiyyə siyasəti ilə bağlı belə bir ifadə var: “ bilən danışmır; danışan isə bilmir”.
Mövzu ilə əlaqədar oxuyun:
Главное о конфликте между Ираном и Саудовской Аравией в 15 слайдах - ФОТО
Səudiyyə Ərəbistanı siyasətinin mahiyyəti
İlk növbədə Səudiyyə Ərəbistanının siyasətini ölkənin daxili və xarici maraqlarının vəhdəti olaraq qəbul etmək lazımdır. Bu gün həmin maraqlar əsasən qorxular ətrafında dövr edir.
Geniş mənada, səudiyyəlilər Ər-Riyaddan Yaxın Şərqə baxdıqları zaman ətrafda nəzarətdən çıxmış bir region görürlər. Bundan əlavə ölkə daxilindəki təhlükə xaricdən daha yüksəkdir. 2011-ci ildə onlar regionda ümumi gərginliyin artması, xalq etirazları və siyasi rejimlərin devrilməsinin şahidi olub.
Aydındır ki, daha itaətli əhalisinin ölmağını istəyən Səudiyyə Ərəbistanı Kral ailəsini də bu vəziyyət narahat edir. Bu hadisələr Livan, İordaniya, Əlcəzair, Tunis, hətta Kuveytdəki sabitliyi pozur. Bu, həmçinin, İrana regionda destabillik yaratmağa və hadisələri öz maraqlarına uyğun dəyişməyə imkan verir .
Yaxın Şərqdəki vətəndaş müharibələri həm də İranın dəstəklədiyi şiələrin regionda mobilliyinin artmasına gətirib çıxardı. Səudiyyə Krallığının şiələri də istisna deyil.
Mətbuata açıqlamasında bir çox rəsmi şəxslər şiə əhalinin çoxluq təşkil etdiyi şərq regionlarındakı əməliyyat zamanı təhlükəsizlik xidmətindən yüzlərlə insanın öldürüldüyü və yaralandığını bildirib.
Amerikalılar adətən bu əməliyyatlara diqqət yetirmir, cünki bu əməliyyatlar onlara görə Səudiyyənin vəziyyəti nəzarət altında saxladığının təsdiqidir. Lakin məsələyə başqa yöndən baxsaq, görərik ki, səudiyyəlilər ölkənin şərq bölgələrində müharibə aparır. Başqa sözlə orada səudiyyə şiələrinin daha yüksək mobilliyi və güclü qarşıdurma hökm sürür.
Neft bazarındakı mövqe
Bundan başqa Səudiyyə Kral ailəsinin neftin qiyməti ilə bağlı narahatlığı vardır. Hər şey elə görünür ki, səudiyyəlilər amerikalı qaz istehsalçılarının bazarını “boğmaq” üçün istehsalatı azaltmır.
Lakin bunun əksinə olaraq, Səudiyyə höküməti elan edir ki, artıq neft bazarına nəzarət edə bilmirlər, cünki hazırda neft əldə edən ölkələr çoxdur, Ər-Riyad istehsalatı azaltmaq istədikdə OPEK-in üzv ölkələri bunu kəskin narazılıqla qarşılayırlar.
Bu situasiya son 20-30 il müddətində təkrarlanır. Onlar neft qiymətinin düşməsini önləmək üçün istehsalı azaltmağa çalışsa da, OPEK-in digər üzvləri vəziyyətdən istifadə edir, anlaşma və razılaşmalara baxmayaraq, maksimum yüksək həcmdə neft hasil edirlər. Nəticədə neft hasilatında azalma baş vermir və əksinə Səudiyyə Ərəbistanı bazardakı payını itirir.
Beləliklə, ehtiyat etmək üçün yeni səbəb yaranır: onlar artıq neft bazarını əvvəlki kimi idarə edə bilmir və aydındır ki, qiymətlərin bu qədər enməsi onları məhv edir.
Vəziyyət o dərəcədə ağırlaşıb ki, hazırda Səudiyyə Ərəbistanında kəskin qənaət tədbirlərindən söhbət gedir. Bu mənada ölkə vətəndaşlarının neft və yanacağa olan subsidiyalarının da ləğv olunması nəzərdə tutulur.
Subsidiyaların ləğv olunması və digər sərt qənaət tədbirləri hər zaman mənfi qarşılanan addım olub və asanlıqla geniş xalq narahatlığına səbəb ola bilər. Bununla əlaqədar keçən il Yunanıstandakı hadisələrini xatırlamaq yerinə düşər. Səudiyyə Ərəbistanı hökumətinin hazırda bu attımı atması çıxılmaz maliyyə vəziyyətindən xəbər verir. Belə bir şəraitdə əhalinin mobilləşməsdi də təhlükə yaradır.
Bu arada regiondakı vətəndaş müharibələri səudiyyəliləri o qədər qorxudub ki, onlar da bu münaqişələrin aktiv iştirakçısına çevriliblər. Onlar Misir, İordaniya, Mərakeş, Əlcəzair, Bəhreyndə dövlətin dağılmaması üçün milyardlarla dollar xəcləyir. Bununla da vətəndaş müharibəsi dalqasının öz sərhədlərində yayılmasının qarşını almağa çalışırlar.
Xarici siyasətin artan xəcləri neft gəlirlərinin azalması fonundda kral ailəsinin öz suveren fondundan aylıq 12- 14 milyard dollar xəcləməsinə gətirib çıxarır. Bu templə davam edərsə fondun ehtiyatları 3 il müddətinə bitər, ciddi ölkədaxili problemlərin isə bundan daha əvvəl yaranmaq imkanı vardır.
Bütün təhlükələrin kəsişmə nöqtəsi- İran
Bütün problemlərin kəsişmə nöqtəsində yerləşən dövlət Səudiyyə hökümətinin fikrincə İrandır. Səudiyyəlilərin fikrincə İran Suriya, Yəməndəki və ən azından İraqdakı vətəndaş müharibəsinin səbəbkarıdır.
Ər-Riyadın düşüncəsinə görə, Səudiyyə Ərəbistanı Krallığı və onun sünni- ərəb tərəfdaşlarının stabilliyini pozmaq üçün İran regiondakı şiələri mobilləşdirir. İrakda müharibənin başlanmasında onlar həmçinin, ABŞ-ı da günahlandırır.
Neftin qiymətinin nə qədər ünməsiondən asılı olmayaraq, səudiyyəlilər İranı nefn bazarına böyük həcmdə məhsul nəqli etmək imkanına malik təhlükə olaraq dəyərləndirir. Və bununla Səudiyyə Ərəbistanının bazardakı payının azalacağını ehtimal edir.
Bundan əlavə iranlılar səudiyyəlilərə qarşı başqalarının əli ilə İraq, Suriya və Yəməndə müharibə aparır, həmçinin, Bəhreyn, Küveyt və Krallığın daxilində pozucu fəaliyyəti genişləndirir.
Beləlilkə kral ailəsinin fikrincə Tehran neft qiymətlərini salmaqla və əlavə xərclər çıxarmaqla onların ölkəsi üçün maliyyə problemləri yaradır. Hər iki hal Səudiyyə Ərəbistanı Krallığının daxili stabilliyinə zərbə vurur. Bizə elə gələ bilər ki, Səudiyyə rəhbərliyi İranla bağlı imkan və niyyətlərini şişirdir, lakin bir neçə sanballı əsaslar var. İranlılar həqiqətən də regionda nizamı pozmağa çalışırlar. Belə ki, onlar dəfələrlə bir neçə on il bundan əvvəl ərəb ölkələrini, eləcə də Səudiyyə Ərəbistanını devirmək istəyiblər.
İran həqiqətən də ölkənin şiə tərəfdarlarını dəstəkləyir – istər hakimiyyətdə olsun, istərsə də olmasın. Çox vaxt onları zorakılığa təhrik edir və bunun üçün də şiələri lazımi vasitələrlə təchiz edir. Beləcə iranlılar regionda sıravi vətəndaşlardan çox istifadə edir. Mən hesab edərdim ki, İranın İraq və Suriyada iştirakı müdafiə xarakter daşıyır, lakin Yəməndə törətdikləri mübahisəsiz olaraq hücumdur. İranın Yəməndəki hadisələrə qarışmasını qıcıqlandırmaq, zəiflətmək və hətta Səudiyyə Ərəbistanı ilə münasibətləri qırmaqdan başqa izahatı yoxdu. İranlılar isə ərəb dövlətlərinin qorxu və maraqlarını təkəbbürlə rədd edərək özlərini Fars körfəzində qonşularından yuxarıda hesab edirlər.
Birləşmiş Ştatların fəaliyyətsizliyi
Səudiyyəlilər ABŞ tərəfindən özlərini xəyal qırıqlığına məruz qalmış və tərk edilmiş hiss edirlər. Bir çox səudiyyəlilər və eləcə də Fars körfəzindəki digər ərəb xalqları ABŞ prezidenti Barak Obamanı dünya və Yaxın Şərq anlamında cahil, daha açıq desək səfeh hesab edirlər.
Onların nəzər-nöqtələrinə görə, ABŞ Yaxın Şərqdəki ənənəvi müttəfiqlərindən üz çevirib. Vaşinqton İraqa qarşı çox az nəsə edir və Liviya ilə Suriyaya demək olar ki, heç bir şey etmir. Nəticədə də bu regionlardakı münaqişələrin heç biri öz həllini tapmır. Həllini tapırsa da, sadəcə olaraq daha da pis istiqamətdə.
Bundan əlavə, səudiyyəlilər Obamanın Tehranla yeni nüvə silahı sövdələşməsini istifadə etməsini ABŞ-ın Səudiyyə Ərəbistanından qəsdən ayrılması kimi lazımi səviyyədə qəbul etmirlər. Və yaxud da ABŞ-ın İranla regional müharibədə birləşmək niyyətində olduğunu göstərir. Əgər birinci ssenariyə görə Obama nə etdiyini anlayırsa, ikinci ssenariyə görə ABŞ prezidenti heç bir şey anlamadan Yaxın Şərqi dağıdır.
Səudiyyə Ərəbistanının ABŞ-ın hazırki rəhbərliyinə qarşı qəzəb və nifrətinin dərinliyini anlamaq lazımdır, belə ki bu, onların dünyagörüş və siyasətinin vacib elementlərindən biridir.
Bununla belə, Yaxın Şərq parçalanır (Səudiyyə Ərəbistanı belə hesab edir), ABŞ - ənənəvi hegemon dövlət olaraq bu prosesin qarşısını almaqdan ötrü heç bir şey etmir, əksinə, İrana bu parçalanmanın daha da dərinləşməsi üçün icazə də verir.
Reallıq və təhdidlərin müxtəlif qavrayışları
Bu halda ki, ABŞ nəsə etmir və ya etmək istəmirsə, deməli kimsə bu məsuliyyəti öz üzərinə götürməlidir. Və Ər-Riyad əmindir ki, bu, yalnız Səudiyyə Ərəbistanı ola bilər. Ər-Riyadın ölkə sərhədlərindən kənardakı proseslərə istər maliyyə, istərsə də hərbi vasitələrlə müdaxilə etmək istəməsi Səudiyyənin əminliyi ilə şərtlənir, bu da Səudiyyə Krallığı ilə birlikdə bütün regionun tənəzzülə uğramasının qarşısını ala bilər.
Buna görə də səudiyyəlilər Vaşinqtonun gözləri qarşısında həddindən artıq fəallıq nümayiş etdirirlər. Məsələn, Bəhreyndə biz (amerikalılar) şiələrin zülmə məruz qalmalarının şahidi oluruq. Belə ki, onlar ölkənin rəhbərliyində olan sünni tərəfdarlarından siyasi iştirak və iqtisadi mənfəət əldə etməyə can atırlar. Səudiyyəlilər gözündə bu, İranla kütləvi üsyanın dəstəklənməsi kimi qiymətləndirilir ki, uğur nəticəsində Səudiyyə Krallığında da yayıla bilər. Məhz iranlılar da bunu dəstəkləyirlər.
Əgər Yəməndəki vətəndaş müharibəsinə nəzər salsaq, o zaman ABŞ burada İranın əhəmiyyətsiz istirakı və Səudiyyənin sabitliyinin pozulması kimi bataqlıq hesab edir. Səudiyyəlilər isə hadisəyə ciddi parçalanma kimi baxırlar.
ABŞ üçün Nimr əl-Nimranın obrazı – sadəcə olaraq şiə ruhanisi kimidir. Səudiyyəlilərin gözündə isə o, İran tərəfindən təhrik edilən ölkənin neft regionlarında inqilab törətməyə cəhd edən şəxs kimi qiymətləndirilir.
Suriyanın sülh danışıqlarına gəlincə, ABŞ iranlıları Bəşər Əsəd rejimini dəstəkləməyə sövq etmək istəyir. Səudiyyə Ərəbistanının fikrincə isə, şiə/fars/İran təsirlərini sünni ərəb dövlətində qanuniləşdirmək istəyir. Sadalananları sonsuzluğa doğru uzatmaq olar. Lakin bu vəziyyətlərdən heç birində Ər-Riyadın ənənəvi olaraq müttəfiqi hesab etdiyi ABŞ heç bir şey etmir.
Çoxları hesab etsələrdə ki, Səudiyyənin kral ailəsi adəti olaraq daha güclü qüvvələri izləməyə üstünlük verirlər, lakin hadisələr bunun əksini göstərir. Ənənəvi olaraq səudiyyəlilər iltifat bəsləmədikləri istənilən güclü dövlətə qarşılıq göstərirdilər: Sovetlər Birliyindən tutmuş Səddam Hüseynin rəhbərliyi ilə İraqa qədər. İran hazırki vəziyyətdə bu siyahıda çox güman ki, ilk sıralardadır.
Nəticələr
Beləliklə, hazırda səudiyyəlilər xalq, eləcə də şiə əhalisi arasında da səfərbərlikdən qorxurlar. Onlar neft bazarına nəzarəti əldən verməkdən qorxurlar. Bütün bunlar ölkənin daxilində tədbirlər görməyə məcbur edir. Eləcə də onlar vətəndaş müharibəsi dalğasının yaranmasından da narahatdırlar. Həmçinin səudiyyəlilər ABŞ onlarla işbirliyindən imtina edərək İranın xeyrinə birləşməsindən də ehtiyat edirlər.
Başqa sözlərlə desək, Səudiyyə dünyası təlaş içindədir və onlar həmişə bu cür hərəkət edirlər: bütün vasitələrlə təhlükəni sovuşdurmağa çalışırlar ki, vəziyyəti nəzarətə ala bilsinlər. Yəməndəki hadisələrə, Suriyadakı gərginliklərə və sonuncu olaraq İranla yaranan münaqişə – onların fəaliyyətlərinin nəticəsidir.
Bu onunla izah olunur ki, Amerikanın Səudiyyə Ərəbistanını daimi olaraq sakitləşdirməsinə məhəl qoymamaları, ABŞ-ı daha da qıcıqlandırır. Əgər biz Səudiyyə Ərəbistanın yükünün bir hissəsini öz üzərimizə götürə bilmiriksə, o zaman onlara heç nə təklif edə bilmərik.
Vaşinqtonun Səudiyyə Ərəbistanının hesab etdiyi həmin təhlükələrdən imtinası və onların düzgün saydıqları hərətəkətlərdən saxlaması bu, səudiyyəliləri daha da təhqir edir.
Bu eyni zamanda onu izah edir ki, gələcəkdə bu cür böhranlı vəziyyətlərin yaranmasını gözləmək olar. 21-ci əsrin əvvəllərində Yaxın Şərqdə bu cür qeyri-sabit aqressiv hadisələrin gözlənilməz nəticələri ola bilər. Lakin Vaşinqton üçün qarmaqarışıq hesab edilən, Səudiyyə Ərəbistanı nöqteyi-nəzərindən daha məntiqli olmaqda davam edir.