Emin Hüseynov: Noyabrda Ağdam şəhərinə ilk köç planlaşdırılır

"Ağdam şəhərinə ilk köç bu ilin noyabr ayında planlaşdırılır".
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailələrin siyahısı hazırlanır. İlk mərhələdə 110 ailənin şəhərə köçü nəzərdə tutulub”.
60