FHN rəsmisi: Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.
1news.az "Report"-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi polkovnik-leytenant Elxan Bədəlov deyib.
O bildirib ki, FHN-in "112" qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, eləcə də Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar.
"Çoxmərtəbəli yaşayış binasının zirzəmisindən 22-ci mərtəbəsinə kimi şaxta boyu elektrik naqilləri yanıb. Yanğın məhdudlaşdırılıb. Hazırda yanğının söndürülmə işləri davam etdirilir. Yanğın söndürmə işləri zamanı binanın 12-si azyaşlı olmaqla 44 nəfər sakini təxliyyə edilib. Hadisə zamanı 4 nəfər təcili-tibbi yardıma zəhərlənmə barədə müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib. Yanğının baş vermə səbəbləri araşdırılır. Hadisə qısaqapanma nəticəsində vaş verib. Digər mənzillər yanğından mühafizə olunub", - Elxan Bədəlov deyib.