Xələf Xələfov Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələləri açıqlayıb | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələləri açıqlayıb

12:34 - 20 / 01 / 2016
Xələf Xələfov Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələləri açıqlayıb

Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası bu il yanvarın 27-28-də Aşqabadda keçiriləcək.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, işçi qrupda Azərbaycanı təmsil edən Xələf Xələfov bildirib.

Nazir müavini qeyd edib ki, artıq bütün ölkələr iclasda iştirakını təsdiqləyib. O bildirib ki, görüşlərdə Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələlər müzakirə olunacaq:

“Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun Aşqabadda keçiriləcək görüşündə, eləcə də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astana sammiti öncəsi görüşündə ənənəvi olaraq dənizin hüquqi statusuna dair məsələlərin müzakirəsi davam etdiriləcək”.

Görüşlərdə növbəti Xəzər sammitinin gündəliyində olan məsələlərin müzakirəsinin də istisna olunmadığını deyən X. XələfovAstana sammiti öncəsi bu ilin birinci və ya ikinci rübündə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini də deyib:

“Bəzi razılaşdırılmamış məsələlər var. Bu məsələlərin üzərində iş aparılacaq. Eyni zamanda bu ilin 1-ci və ya 2-ci rübündə xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu isə gündəlikdən və məsələlərin xarakterindən asılıdır. Görüşlər və razılaşmalar imkan versə ki, sammitə hazırlığa start verilsin, bu işə başlanacaq. Görüşlərin hamısının son məqsədi sammitin keçirilməsi və vacib qərarların verilməsidir.

Həştərxanda keçirilən ötən Xəzər sammitində bəzi nümayəndə heyətlərinin rəhbərləri bildirdilər ki, ola bilsin, Astana sammitində Xəzərin hüquq statusu razılaşdırılsın. Bütün nümayəndə heyətlərinin bu istiqamətdə istəyi var və səylər göstərirlər. Sammitin keçirilməsi işçi qrupun işindən və nazirlər konfransında prinsipial məsələlər üzrə yekun qərarların qəbulundan asılıdır. Ola bilsin bir və ya iki məsələ sammitə qalsın və elə sammit çərçivəsində həllini tapsın”.

X. Xələfov razılaşdırılmamış məsələlərin müxtəlif olduğunu qeyd edib:

“Bölgü məsələləri var. Həştərxan sammitində dövlət başçıları qərara gəldilər ki, 15 mil enində suverenlik, 10 mil enində balıqçılıq zonası müəyyən olunur. Qalan su səthi ümumi istifadədə olan su səthi sayılacaq. Bununla yanaşı, digər fəaliyyət növləri - elmi tədqiqat işlərinin aparılması, gəmiçilik, hərbi gəmiçilik, hərbi fəaliyyət, hərbi siyasi təhlükəsizlik, ticarət məsələləri var. Bunların bəziləri prinsip baxımından razılaşdırılıb, bəziləri diskussiya çərçivəsindədir. İşlər intensiv davam etdirilməlidir. İşçi qrupunun iclasları da davamlı olaraq aparılır. Düşünürəm ki, əldə olunmuş irəliləyiş imkan verəcək ki, ümumi razılaşmalara nail olunsun”.

1news.az

Paylaş:
604

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər