Nikos Kotzias: “Ümid edirik ki, iki il ərzində Azərbaycan qazını alıb Avropa ölkələrinə ötürə biləcəyik”
Yunanıstan həm coğrafi, həm də mədəni baxımdan Azərbaycanın tərəfdaşıdır.
1news.az-ın məlumatına görə, bunu ölkəmizdə səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.
Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi perspektivlərinə dair səmərəli müzakirələrin aparıldığını deyən nazir Yunanıstanın Azərbaycan qazını almağı planlaşdırdığını və artıq infrastrukturla bağlı məsələlərin həll edildiyini diqqətə çatdırıb.
“Enerji dəhlizi baxımından çox həssas bir yerdə yerləşirik. Yunanıstan TAP layihəsindən istifadəni və Azərbaycan qazının Avropaya nəqlini özü üçün vacib hesab edir. Ümid edirəm ki, yaxın iki il ərzində Azərbaycanı qazını alıb həm də onu Avropanın digər ölkələrinə ötürə biləcəyik”- deyə, N.Kotzias qeyd edib.
1news.az