ABŞ Konqresində Xocalı qətliamına həsr olunmuş tədbir keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresində Xocalı qətliamına həsr olunmuş tədbir keçirilib - FOTO

11:08 - 26 / 02 / 2016
ABŞ Konqresində Xocalı qətliamına həsr olunmuş tədbir keçirilib - FOTO

Fevralın 25-də ABŞ Konqresində Xocalı qətliamınahəsr olunmuş xüsusi tədbir təşkil edilib.

1news.az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib ki, “Xocalıya Ədalət” kampaniyasına dəstək çərçivəsində keçirilən tədbirdə ABŞ konqresmenləri və Konqresin əməkdaşları, ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlik, diplomatik korpusun üzvləri, o cümlədən Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç, ABŞ-dakı Azərbaycan və türk icmaları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak edib.     

Çikaqo Amerika-Azərbaycan Cəmiyyətinin (Azerbaijani Center of Midwest America) prezidenti Mehriban Məmmədova çıxışında Xocalı qətliamının Azərbaycan xalqının qanlı yaddaşında buraxdığı izlərdən danışıb.  

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qətliamın doğurduğu faciəvi nəticələdən söz açıb, bildirib ki, bu ağır qətliamın yad edilməsi əslində regionda sülhün tezliklə bərpa edilməsinin vacibliyini xatırladır. Səfir üzləşdiyi bütün acılara və haqsızlıqlara baxmayaraq, Azərbaycanın gələcəyə baxdığını vurğulayıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həllinin uzaq olmadığına ümid etdiyini söyləyib.

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədri Stiv Kohen, Nümayəndələr Palatasının Avropa və Avrisiya üzrə alt-komitəsinin sədri Dana Rohrabacer, konqresmenlər HenriKuellar və Donald Payni öz nitqlərində ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini bildirib və ABŞ tərəfindən bu münaqişənin nizamlanması üçün daha fəal səylərin göstərilməsinin vacibliyini diqqətə çatdırıblar. Konqres üzvləri hər bir insan həyatının dəyərli olduğunu göstərərək, Xocalı qurbanları arasında böyük sayda qadın və uşaqların olmasının ayrıca üzüntüyə səbəb olduğunu ifadə ediblər.

Sonda  Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı faciəsindən bəhs edən film göstərilib.

1news.az

Paylaş:
548

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər