ATƏT-ə sədrlik edən Almaniya və Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanı atəşkəsə əməl etməyə çağırıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-ə sədrlik edən Almaniya və Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanı atəşkəsə əməl etməyə çağırıb

17:29 - 21 / 03 / 2016
ATƏT-ə sədrlik edən Almaniya və Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanı atəşkəsə əməl etməyə çağırıb

ATƏT-in fəaliyyətdə olan sədri Almaniya hökumətinin xüsusi nümayəndəsi Qernot Erler və ATƏT-in Minsk qrupunun həmsədrləri Cems Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) Azərbaycan və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bununla bağlı bu gün yayılan bəyanatda bildirilir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə nail olmaq, dinc əhaliyə qarşı zorakılıqdan qaçmaq üçün  tərəflər təmas xəttində və Azərbaycanla Ermənistan sərhədində bütün tədbirləri görməlidirlər.   

Bəyanat müəllifləri ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Pasxa və Novruz bayramlarında tərəflərin atəşkəs  rejiminə əməl etməsi ilə bağlı çağırışını da dəstəkləyiblər:

“Biz tərəfləri xalqların bu bayramları dinc şəraitdə qeyd etməsinə şərait yaratmağa çağırırıq”.

ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-ə sədrlik edən Almaniyanın nümayəndəsi tərəflərlə münaqişənin tənzimlənməsi elementləri, zorakılığın azaldılması və insanlar arasında təmasın təşviq edilməsi istiqamətində işləməyə davam etdiklərini də vurğulayıblar.

1news.az

Paylaş:
525

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər