Bakıda Qələbə Günü münasibətilə bayram konserti keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Qələbə Günü münasibətilə bayram konserti keçirilib

1news Redaksiyası20:25 - Bu gün
Digər dillərdə oxuyun:РусскийEnglish
Bakıda Qələbə Günü münasibətilə bayram konserti keçirilib

Qələbə Günü münasibətilə Bakıdakı Dənizkənarı Milli Parkda bayram konserti keçirilib.

1news.az xəbər verir ki, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konsert "Saat qülləsi"nin yanında baş tutub.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunmuş bayram konsertində Azərbaycanın tanınmış sənət adamları – müğənnilər və rəqs kollektivləri iştirak ediblər.

Gecə bayram atəşfəşanlığı ilə yekunlaşıb.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər