XİN: Ermənistan özünütəcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistan özünütəcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir

15:45 - 22 / 03 / 2016
XİN: Ermənistan özünütəcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir

Ermənistan özünütəcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir.

1news.az xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın fikirlərini şərh edərkən deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü siyasət tamamilə məntiqəzidd xarakter daşıyaraq, sivil və etik davranış qaydalarından kənardır: "Hərbi diktatura və səhra komandiri təfəkkürünə əsaslanan bu cür əməllər bütün region üçün təhlükə mənbəyidir. Rəsmi Yerevanın hərbi diktatura rejiminin militarist siyasətinin daha bir nəticəsidir ki, Ermənistan bu gün özünü-təcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir".

XİN rəsmisi əlavə edib ki, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan tərəfinin atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam etməsi və digər təxribatçı əməllər törətməsi rəsmi Yerevan rejiminin əsl mahiyyətinin növbəti sübutudur: "Bunların müqabilində Ermənistan rəsmilərinin atəşkəs rejimi, regional əməkdaşlıq və münaqişənin həlli barədə söylədikləri fikirlər yalnız gülüş və ikrah doğurur".

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər