Tbilisidə AŞPA-nın iclasında qaçqın, məcburi köçkün və miqrantların vəziyyətinə dair hesabatlar dinlənilib
Tbilisidə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sahibə Qafarovanın sədrliyi ilə Gürcüstan Parlamentinin binasında keçirilən iclasda Cənubi Qafqaz regionunda miqrasiya prosesləri, Qərbi Balkandan olan köçkünlərin hüquqlarının müdafiəsi, suriyalı qaçqınlarla bağlı Avropada yaranmış vəziyyət, miqrantlara qarşı zorakılıq halları, Fələstinin Qəzza bölgəsində humanitar durum və digər məsələlər müzakirə olunub.
Qaçqın, məcburi köçkün və miqrantların vəziyyətinə dair hesabatlar dinlənilib.
Müzakirələrin sonunda miqrasiya və məcburi köçkünlərin işləri üzrə hesabatların AŞPA-nın sessiyasının gündəliyinə daxil olunması barədə qərar qəbul edilib.
1news.az