“The Daily Caller”: ABŞ-ın etibarlı müttəfiq olan Azərbaycanı dəstəkləməsi vacibdir | 1news.az | Xəbərlər
Siyasət

“The Daily Caller”: ABŞ-ın etibarlı müttəfiq olan Azərbaycanı dəstəkləməsi vacibdir

18:29 - 24 / 03 / 2016
“The Daily Caller”: ABŞ-ın etibarlı müttəfiq olan Azərbaycanı dəstəkləməsi vacibdir

Amerikada nəşr edilən “The Daily Caller” qəzeti avstraliyalı siyasi şərhçi Castin Emlerin məqaləsini dərc edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Müttəfiqlərimiz dəstəklənməyə layiqdir” adlı məqalədə ABŞ-ın öz müttəfiqlərinə qeyri-proporsional münasibəti ilə bağlı fikirlər açıqlanır.

Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında baş verən hadisələrin təhlilində ixtisaslaşmış C.Emler yazır ki, Prezident Barak Obama tez-tez Yaxın Şərq, Əfqanıstan və Afrikada qeyri-sabitlik təhlükəsini xatırladır. O qeyd edir ki, bu regionlar terrorçu qruplaşmalar üçün sığınacaq ola bilər. Lakin hətta terrorizm təhlükəsi olmadıqda belə, sabitliyin yoxluğu etnik münaqişələrlə nəticələnə bilər.

Belə münaqişələr keçmiş Sovet İttifaqının, Yaxın Şərqin və Afrikanın müxtəlif regionlarında mövcuddur. Sabitliyin yoxluğunu qeyd edərkən B.Obama “özünü doğrulda bilməmiş dövlətlər”in sayca artmasını nəzərdə tutur. Bu ölkələr qeyri-sabitlik ucbatından faktiki olaraq qanunların icrasını izləyə, öz vətəndaşlarının əmtəə və xidmətlərlə təmin edə, sərhədlərini və ölkənin təhlükəsizliyini qoruya bilmirlər.

Məqalə müəllifi vurğulayır ki, Yaxın Şərq deyilənlərə əyani sübutdur. Bu bölgədə “ərəb baharı” çox tez bir zamanda ümumi etiraz doğurmuş “ərəb qışı”na çevrildi və bunun nəticəsində İraq və Suriya kimi ölkələr xaos girdabına sürükləndilər. Həmin ölkələrdə təhlükəsizlik sisteminin dağılması İŞİD və digər terrorçu qruplaşmalara dayaq mövqelər əldə etmək imkan verdi. ABŞ dünyanın hər bir problemli zonasında təhlükəsizliyin dəstəklənməsindən ötrü real resurslara malik deyil.

Deməli, qlobal təhlükəsizliyə öz töhfəsini verən və Amerika ilə eyni dəyərlər sisteminə malik dövlətlərin diplomatik, siyasi və hərbi resurslarla təchizi strategiyasına müvafiq şəkildə hərəkət etmək gərəkdir. Castin Emler yazır ki, bu cür müttəfiqlik meyarına uyğun gələn ölkələrdən biri də Azərbaycandır.

Əgər Azərbaycan xalqı dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Qərbə istiqamətlənməsəydi, Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan da “özünü doğrulda bilməmiş dövlətlər”dən biri ola bilərdi. C.Emler qeyd edir ki, Heydər Əliyevin liderliyi və davamçısı İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan təvazökar ölkədən uğurlu dövlətə, habelə texnologiya, energetika, aviakosmik sahələrdə, hərbi sənayedə regionun liderinə və regional iqtisadiyyatın lokomotivinə çevrildi.

Daha sonra müəllif Azərbaycanın terrorizmlə mübarizədə, eləcə də ABŞ və NATO ilə tərəfdaşlıqda Kosovo, İraq və Əfqanıstandakı əməliyyatlarda iştirakı, logistik dəstək və koalisiya qüvvələrinin təyyarələri üçün hava məkanı verməsi, nüvə silahının yayılmasının qarşısını almaqda əməkdaşlığı haqqında məlumat verir. Ekspert Azərbaycanın Avropanın və ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təminatında rolunu, respublikanın etnik və dini tolerantlıq məkanı kimi tanınmasını xatırladır.

Məqalənin sonunda müəllif yazır ki, ABŞ-ın nəticə əldə etmədən bəzi ölkələr üçün boşuna ayırdığı vəsaitlərin miqdarını göz önünə gətirərək, Birləşmiş Ştatların məhz qarşılıqlı fayda verən və bütün dünyaya xeyir gətirən bir ölkəyə dəstək göstərməsi daha yaxşı olardı.

1news.az

 

Paylaş:
622

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər