Prezident İlham Əliyev Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib – FOTO

18:13 - 28 / 03 / 2016
Prezident İlham Əliyev Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib – FOTO

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı veriblər.

Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və xanımına minnətdarlıq edib.

1news.az

 

Paylaş:
704

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər