Bakıda Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüşü olacaq
Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycan, Rusiya və İran XİN rəhbərləri Elmar Məmmədyarov, Sergey Lavrov və Cavad Zərifin üçtərəfli görüşünün keçirilməsi planını təsdiq edib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, görüşün təfərrüatları haqda hələlik məlumat verilmir.
“Bəli, bu görüş planlaşdırılır, gəlin onu gözləyək”, - Q.Karasin bildirib.
Görüşün vaxtı hələ ki, dəqiqləşdirilir. Lakin məlumdur ki, diplomatlar İran prezidenti Həsən Ruhani və Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Bakıya səfərinə hazırlıq işlərinin getdiyini xəbər vermişdi.
1news.az