Quldurluq edən Bakı sakininin üstündən narkotik maddə tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Quldurluq edən Bakı sakininin üstündən narkotik maddə tapıldı

17:04 - 29 / 03 / 2016
Quldurluq edən Bakı sakininin üstündən narkotik maddə tapıldı

Polis Bakıda qadına qarşı quldurluq edən şəxsi saxlayıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, mMartın 28-də Nərimanov rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Nailə Mirsəlimovaya zor tətbiq edərək içərisində 76 manat, 50 ABŞ dolları və sənəd olan çantasını alıb.

Nərimanov polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Əjdər Həsrətov tutulub. Ondan 2,053 qram tiryək götürülüb.

1news.az

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər