Vergilər nazirinin müavinləri təyin edilib
Prezident İlham Əliyev S.P.Məmmədxanovun Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sahir Polad oğlu Məmmədxanov Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
Bundan əlavə, Prezident İlham Əliyev İ.E.Vəliyevin Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İlkin Etibar oğlu Vəliyev Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
1news.az