İlham Əliyev ABŞ-ın dövlət katibi ilə görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vaşınqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək.
1news.az ABŞ Dövlət Departamentinin saytında dövlət katibi C.Kerrinin qəbul qrafikinə istinadən xəbər verir ki, görüş vaşinqton saatı ilə 14:00-da Dövlət Departamentinin binasında keçiriləcək.
Azərbaycan dövlət başçısı ilə danışıqlardan sonra saat 15:15-də C.Kerri Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşəcək.
Qeyd edək ki, prezident İlham Əliyev 30 mart tarixində başlayan IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona dəvət olunub.
1news.az
937