Fransa XİN: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qəbul etdiyi yeganə formatdır” | 1news.az | Xəbərlər
Siyasət

Fransa XİN: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qəbul etdiyi yeganə formatdır”

12:38 - 31 / 03 / 2016
Fransa XİN: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qəbul etdiyi yeganə formatdır”

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qəbul etdiyi yeganə formatdır”.

1news.az-ın verdiyi xəbər görə, bunu Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Romen Nadal deyib, bu haqda erməni KİV-i məlumat yayır.

“Fransa Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinə yardım etmək üçün ATƏT-in Minsk qrupu çərçivəsində ardıcıl işlərinə davam edir. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qəbul etdiyi yeganə formatdır”, - deyə o, qeyd edib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə əsas platformadır. Lakin beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq bu münaqişə 20 ildən artıqdır ki, həll olunmayaraq qalır.

Azərbaycanın 20% torpaqları – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğal altında saxlaması ilə əlaqədar olaraq BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etməyə çağırılsa da, erməni tərəfi buna məhəl qoymayır.

1news.az

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər