Havay ştatının Nümayəndələr Palatasının sədri Azərbaycandan üzr istədi - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Havay ştatının Nümayəndələr Palatasının sədri Azərbaycandan üzr istədi - FOTO

11:16 - 01 / 04 / 2016
Havay ştatının Nümayəndələr Palatasının sədri Azərbaycandan üzr istədi - FOTO

Erməni lobbisinin ənənəvi manipulasiyası və məkrli oyunları nəticəsində ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası tərəfindən 29 mart 2016-cı il tarixində qondarma “dqr”ə dair qəbul olunmuş H.R. 167 saylı qətnamə ilə bağlı Palatanın sədri Cozef Souki (Joseph Souki) memorandum imzalayaraq, bu qətnaməyə görə təəssüf hissi keçirdiyini bildirib və Azərbaycan Hökumətindən və Azərbaycan xalqından dərindən üzr istədiyini elan edib.

Bu barədə 1news.az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məlumata görə, Baş Konsulluğuna ünvanlanmış memorandumda spiker C.Souki təəssüflə bildirir ki, Nümayəndələr Palatasının xarici siyasətlə bağlı qəbul etdiyi hər bir sənəd müvafiq komitələrə getməli olduğu halda, sözügedən H.R. 167 saylı qətnamə mövcud qanunvericilik prosedurlarına zidd olaraq gündəliyə salınıb və ictimai müzakirəyə çıxarılmadan qəbul olunub.

Qeyd olunur ki, Havay Ştatının Nümayəndələr Palatasında bəzən fərdlərə və təşkilatlara, məsələn, müəllimlərə, səhiyyə işçilərinə, yaxud, xeyriyyə qurumlarına həvəsləndirici məqsədlərlə təbriknamələr təqdim olunur. Spiker C.Souki qeyd edir ki, H.R. 167 saylı qətnamə də bu qəbildən sadə mərasim xarakterli sənəd adı altında gündəliyə salınıb və onun əsl mahiyyətinə diqqət yetirilməyib. Bu səbəbdən də, spiker C.Souki sözügedən qətnamənənin müvaifq komitə tərəfindən müzakirə olunmadan qəbul edildiyinə görə dərindən üzr istədiyini bildirərək, oxşar hadisələrin gələcəkdə baş verməməsi üçün daxili qaydaları dəyişəcəyini vurğulayır. 

Həmçinin, spiker bildirir ki, ABŞ uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səylər göstərir. Bu səpkidə spiker C.Souki, H.R.167 saylı qətnamənin hər hansı bir hüquqi qüvvəyə malik olmadığını vurğulayaraq, Nümayəndələr Palatasının dolğun məlumat əldə etmədən belə bir sənədi qəbul etməsinə görə üzrxahlıq edir.

Sipker C.Souki memorandumun sonunda Nümayəndələr Palatasının üzvləri adından, Azərbaycan və ABŞ arasındakı güclü dostluq əlaqələrinin inkişaf etməkdə davam edəcəyinə ümid etdiklərini bildirərək yazır: “Ümid edirəm ki, bizi bu vəziyyətə gətirib çıxardan xoşagəlməz halı anlayırsınız. Buna görə, mən Azərbaycan Höküməti və xalqından səmimi şəkildə üzr istəyirəm.”

Qeyd edək ki, sözügedən qətnamədən bir müddət əvvəl – 2016-cı ilin 10 mart tarixində erməni lobbisinin təhrikilə Havay Ştat Senatında oxşar məzmunlu iki qətnamə gündəliyə gətirilmişdi. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun operativ müdaxiləsi nəticəsində Havay Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, bu qətnamələri rədd etdiyini elan etmişdi. Üstəlik, həmin bəyanatda Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə olunmuşdu. Görünür, bundan pərt olan erməni lobbisi növbəti məkrli planını Havay ştatının Nümayəndələr Palatasında həyata keçirməyə cəhd edib, qanunvericiləri aldadaraq öz məqsədlərinə nail olmağa çalışıb. Ancaq Palatanın spikeri tərəfindən imzalanmış və sözügedən qətnaməni heçə endirən rəsmi memorandum ilə erməni lobbisi öz layiqli cavabını bir daha alıb.

1news.az

Paylaş:
511

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər