Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Bohuslav Sobotka ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Bohuslav Sobotka ilə görüşüb - FOTO

15:17 - 02 / 04 / 2016
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Bohuslav Sobotka ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Vaşinqtonda Çex Respublikasının Baş naziri Bohuslav Sobotka ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan-Çexiya münasibətlərinin indiki səviyyəsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd etdi. Azərbaycan ilə Çexiya arasında yaxşı dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlətimizin başçısı siyasi sahədə də əlaqələrin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğuladı. Prezident İlham Əliyev siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə strateji əməkdaşlıq sənədi üzərində iş aparıldığını da dedi.

Çexiyanın Baş naziri Bohuslav Sobotka belə səfərlərin və görüşlərin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Cənubi Qafqazda Azərbaycanı Çexiyanın əsas tərəfdaşı hesab etdiyini bildirən Bohuslav Sobotka ölkəsinin enerji və enerjinin şaxələndirilməsi sahələrində əməkdaşlığa böyük önəm verdiyini dedi. O, həmin istiqamətdə Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını vurğuladı. Bohuslav Sobotka Çexiyanın hərbi-texniki, müdafiə sənayesi sahəsində, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini dedi. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirən Bohuslav Sobotka Çexiyanın bu əməkdaşlığa töhfə vermək imkanlarından danışdı.

1news.az

Paylaş:
884

Son xəbərlər

Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56
Bütün xəbərlər