Rusiya XİN-i azərbaycanlı və erməni həmkarları ilə əlaqə saxlayır | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN-i azərbaycanlı və erməni həmkarları ilə əlaqə saxlayır

15:45 - 02 / 04 / 2016
Rusiya XİN-i azərbaycanlı və erməni həmkarları ilə əlaqə saxlayır

Moskva Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Dağlıq Qarabağ münaqişəsilə bağlı daimi əlaqə saxlayır, bu haqda şənbə günü Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın yaydığı bəyanatda deyilir.

“Rusiya XİN Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə daimi əlaqə saxlayır”, -deyə, Rusiyanın xarici işlər naziri bildirib.

Zaxarova qeyd edib ki, Moskvada Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin pisləşməsi ilə bağlı məlumatlardan son dərəcə narahatdır. Rusiya XİN-i hərbi toqquşmaların dərhal dayandırılmasını zəruri hesab edir.

RİA Novosti

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər