Avropa Şurasının baş katibi Dağlıq Qarabağdakı münaqişə tərəflərini danışıqları yeniləməyə çağırıb
Avropa Şurasının (AŞ) baş katibi Turbern Yaqland tərəfləri Dağlıq Qarabağda qan tökülməsinin dayandırılmasına və danışıqları yeniləməyə çağırıb, bu haqda RİA Novosti-yə məlumat daxil olub.
“Mən Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində hərbi əməliyyatların atrmasından son dərəcə narahatam”, - o, bildirib.
“Avropa Şurası hər iki tərəfi insanların, eləcə də sadə vətəndaşların zorakılığına və ölümünə səbəb olacaq tamamilə lazımsız qan tökülməsini dayandırmağa çağırıb” – Yaqland qeyd edib.
O, israrla münaqişə tərəflərini Avropa konvensiyasının təmin etdiyi insan hüquqlarına riayət etməyə, atəşin dayandırılmasına və sülh danışıqlarını yeniləməyə çağırıb.
1news.az
700