Zakir Həsənov: "Bizdə olan məlumata görə, yüzə yaxın düşmən məhv edilib, bir neçə yüzü isə yaralanıb" - VİDEO
"Son hadisələr göstərir ki, əhali arasında itkilər çoxalıb".
1news.az-ın AzTv-yə istinadla verdiyi məlumata görə, bunu Azərbaycan prezidentinin yanında Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilən iclasında müdafiə naziri Zakir Həsənov deyib.
"Xəbər verildiyi kimi aprelin 1-dən 2-sinə keçən gecə erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçib və yaşayış məntəqələrimizi atəşə tutublar. Bu təxribat xarakterli hücumların nəticəsində hərbi qulluqçularımız qəhrəmancasına həlak olublar. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks-hücuma keçərək düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar.
Son zamanlar erməni silahlı qüvvələri cəbhə boyu yerləşən ərazilərdə, kəndlərdə təxribatları artırıb, əhaliyə qarşı iriçaplıı silahlardan və artilleriya qurğularından istifadə edib", - deyə o bildirib.
1news.az