Prezident İlham Əliyev döyüş əməliyyatlarında fərqlənmiş hərbçilərin təltif edilməsi haqqında göstəriş verib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev döyüş əməliyyatlarında fərqlənmiş hərbçilərin təltif edilməsi haqqında göstəriş verib

19:30 - 03 / 04 / 2016
Prezident İlham Əliyev döyüş əməliyyatlarında fərqlənmiş hərbçilərin təltif edilməsi haqqında göstəriş verib

Aprelin 1-dən 2-sinə keçən gecə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gedən döyüş əməliyyatlarında fərqlənmiş hərbçilər təltif ediləcək.

1news.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu barədə göstəriş verib.

Dövlət başçısı, həmçinin cəbhədə həlak olanların ailələrinə maddi yardım göstərilməsi barədə tapşırıq verib.

"Göstəriş verirəm ki, Nazirlər Kabineti həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün mənə təkliflər təqdim etsin", - deyə dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında bildirib.

1news.az

Paylaş:
973

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər