Azərbaycan vətəndaşları kütləvi şəkildə cəbhəyə getmək istəyini ifadə edib - Müdafiə Nazirliyi
“Cəbhədə vəziyyət gərginləşəndən sonra müdafiə nazirliyinin paytaxtdakı və bölgələrdəki şöbələrinə yüzlərlə müraciət daxil olub. Keçmiş döyüşçülər, o cümlədən ehtiyatda olan əsgərlər könüllü şəkildə cəbhəyə yollanıb döyüşmək istədiklərini bildiriblər”
Bu haqda 1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
Onun sözlərinə görə Nazirlik onların hər birinə minnətdarlığını bildirir.
V.Dərgahlı qeyd edib ki, Azərbaycanda könüllü dəstələri yoxdur və insanlar yalnız çağırışla orduya gedə bilər. "Ehtiyac olduğu zaman biz onları hərbi xidmətə çağıracağıq"- o, deyib.
“Könüllü surətdə döyüşmək üçün nazirliyimizə müraciət edən vətəndaşlara dövlətimiz adından minnətdarlığımızı bildiririk. Azərbaycan silahlı qüvvələri hazırda cəbhənin bütün istiqamətlərində nəzarəti tam həyata keçirir və düşmənə layiqincə cavab verir. Ona görə də, hazırda səfərbərlik və könüllü döyüşçü qəbuluna ehtiyac yoxdur” – deyə, Dərgahlı əlavə edib.
1news.az