Ermənilərin artilleriya zərbələri nəticəsində daha bir dinc sakin həlak olub | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərin artilleriya zərbələri nəticəsində daha bir dinc sakin həlak olub

18:20 - 04 / 04 / 2016
Ermənilərin artilleriya zərbələri nəticəsində daha bir dinc sakin həlak olub

Ermənistan Silahlı Qüvvələri təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıb. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, düşmənin Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü  Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib.

Bu gün erməni silahlı qüvvələri Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb.

Yaşayış məntəqələrinə tuşlanan mərmilərdən biri həyətyanı sahəyə düşüb. Xəsarət alan olmayıb.  Digər dörd mərmi isə kəndin yaxınlığında əkin sahələrində partlayıb.

1news.az

Paylaş:
662

Son xəbərlər

Bütün xəbərlər