Serj Sarkisyan: “Ankara aşkar olaraq Bakını dəstəkləyir və böyük müharibəyə təhrik edir!” | 1news.az | Xəbərlər
Siyasət

Serj Sarkisyan: “Ankara aşkar olaraq Bakını dəstəkləyir və böyük müharibəyə təhrik edir!”

19:42 - 04 / 04 / 2016
Serj Sarkisyan: “Ankara aşkar olaraq Bakını dəstəkləyir və böyük müharibəyə təhrik edir!”

Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüş zamanı Türkiyənin ünvanına təxribatçı bəyanatlarla çıxış edib.

“ATƏT-ə üzv ölkərdən yalnız Türkiyə regionda təxribatçı mövqelərlə çıxış edərək burada böyük müharibələrə təhrik edir və Azərbaycan hökumətinin siyasətini aşkar olaraq dəstəkləyir. Azərbaycan əldə etdiyi qələbəsilə lovğalanır, Türkiyə isə Bakını təbrik edir”, - Sarkisyan şikayət edib.

“Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda güc tətbiq olunmasını tənqid edənə qədər, lap sözdə də olsa, yeganə olaraq Türkiyə (Azərbaycana) danılmaz dəstək göstərir. Məlum hadisələrdən əvvəl və sonra Ankaranın bəyanatları əsasən antiermənistana yönələrək yeni regionalgərginlyin formalaşmasına gətərib çıxara bilər. Artıq Türkiyənin Yaxın Şərqdə bu sahədə təcrübəsi var. 

Türkiyəni həmsədr qismində görmək istəyənlər bu gün anlayırlar ki, “qanlı təhlükəsizliklə” hərbi silahlanmanı yanaşma olaraq götürən bu ölkəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən uzaq tutmaq lazımdır, - bu sözləri tamamilə özündən çıxaraq söyləyən Sarkisyan ATƏT-ə üzv ölkələrin paytaxtlarının bu şikayəti eşidəcəklərinə ümid etdiyini bildirib.

Xatırladaq ki, elə həmin görüşdə Sarkisyan Azərbaycan Ordusunun hərbi əməliyyatları genişləndirəcəyi təqdirdə İrəvan separatçı Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıpyacağı ilə təhdid edib.

Daha əvvəl Sarkisyan bəyan etmişdi ki, Sarkisyan bəyan edib ki, İrəvan hərbi əməliyyatları dayandırmağa hazırdır. Rəsmi Bakı buna cavab olaraq bildirib ki, bu məsələ ilə əlaqədar hələ aprelin 3-də çıxış etsə də, lakin Ermənistan bu qərara məhəl qoymadı və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə, həmçinin ön cəbhədə yaşayan dinc sakinləri də atəşə tutub.

“Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin, Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıvə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Azərbaycan dəfələrlə bəyan edib ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur”- deyə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri H.Hacıyev Ermənistanın təklifinə cavab olaraq qeyd edib.

1news.az

Paylaş:
804

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər