Ermənilərin açdığı atəş FHN-in əməkdaşını yaralayıb | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərin açdığı atəş FHN-in əməkdaşını yaralayıb

23:56 - 04 / 04 / 2016
Ermənilərin açdığı atəş FHN-in əməkdaşını yaralayıb

Ağdam rayonu, Evoğlu kəndində fərdi yaşayış evinə erməni hərbi birləşmələri tərəfindən atılmış mərmi nəticəsində evin bir hissəsi dağılıb, digər hissəsində isə yanğın baş verib.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumatda bildirilir.

Dərhal hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğını söndürərkən yenidən erməni hərbi birləşmələri tərəfindən atəşə məruz qalıb və 1 nəfər yanğınsöndürən qəlpə yarası alıb.

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər