Cəbhədəki ən son vəziyyət: Ağdam sakinləri toya hazırlaşır – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbhədəki ən son vəziyyət: Ağdam sakinləri toya hazırlaşır – VİDEO

12:08 - 04 / 04 / 2016
Cəbhədəki ən son vəziyyət: Ağdam sakinləri toya hazırlaşır – VİDEO

Son günlər nəinki ölkə mediasının, hətta bütün dünyanın əsəs xəbər manşeti məhz cəbhəyanı kəndlərdə yaşananlar oldu.

1news.az-ın məlumatına görə, düşmənin təxribatına qarşı tutarlı cavab verən Ordumuz onları sözün əsl mənasında yerinə otuzdurdu. Bizlərə tarixi qələbə sevincini yaşatdı. Amma hər şey bununla bitmir. Bəzi kütləvi informasiya vasitələri dezinformasiya yaymaqla sakinlər arasında təşviş yaratmaq istədi. Bir növ düşmən dəyirmanına su tökməklə məşğul oldu.

Buna görə də Cənubi Qafqazın ilk xəbər kanalı olan TTV-nin (Region TV) əməkdaşları atəşkəsin mütəmadi olaraq pozulduğu cəbhəyanı kəndlərdə olub. Yerli sakinlərlə görüşüb, söhbət edib və bütün bunları lentə alıb.

Bu gün onun qapsına gəlin gələcəkdi... Lakin bədnam qonşularımızın çirkin niyyəti onu daha ehtiyatlı addım atmağa vadar edib. Toy bir müddətlik təxirə salınıb, buna baxmayaraq mərasimə hazırlıq işləri davam edir. Xeyir işinin sevinci, qələbə sevinci ilə əvəzlənib.

Ağdamın digər cəbhə kəndləri kimi Sarıcalı də mütəmadi düşmən atəşinə məruz qalır. Hər zaman özlərini humanist kimi qələmə verməyə cəhd edən ermənilərin bu dəfə də iç üzü ortaya çıxdı. Kadrlarda gördüyünüz bu tikili təhsil müəssisəsidir. Qarşı tərəfin atdığı mərmi və iriçaplı silahlar nəticəsində orta məktəb dağıdılıb.

Erməni təxribatının sübutu bununla bitmir. Kənddə bir neçə ev top atəşinə tutulub. Bəzi yaşayış məntəqələri isə minaatanların hədəfinə çevrilib. Bəzi KİV-nin Ağdamın cəbhə kəndlərinin boşaldılması haqqında yaydığı xəbərlər isə tamamilə yalan və dezinformasiya xarakteri daşıyır. Hər halda rayonda apardığımız müşahidə bunu deməyə əsas verir. 

Ağdam sakinləri böyükdən-kiçiyə Milli Ordumuzun bu günkü gücünü bilir və ona arxalanır. Elə biz kənddə olan zaman da bunu müşahidə etdik. Ermənilərin hər bir təxribatı nəinki  cavabsız qalmadı, hətta artıqlaması ilə qarşılığını aldı. Məhz bunun sayəsində Cəmil Əliyev yaxın günlərdə həyətində qurulan bu mağarda oğluna toy edəcək. Təki Ağdamdan, cəbhə kəndlərimizdən toy səsləri gəlsin.

1news.az

Paylaş:
959

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər