Xələf Xələfov: “Xəzərin hüquqi statusu Xəzəryanı ölkələrin suverenliyinə hörmət əsasında həll olunmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov: “Xəzərin hüquqi statusu Xəzəryanı ölkələrin suverenliyinə hörmət əsasında həll olunmalıdır”

13:06 - 05 / 04 / 2016
Xələf Xələfov: “Xəzərin hüquqi statusu Xəzəryanı ölkələrin suverenliyinə hörmət əsasında həll olunmalıdır”

“Azərbaycan əmindir ki, Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələrin suverenliyi və hüquqlarına hörmət, həmçinin etibarın möhkəmlənməsi əsasında həll olunacaq”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda çərşənbə axşamı Bakıda Xəzər dənizinin hüquqi statusu ilə bağlı işçi qrupunun 44-cü iclası zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

İki gün davam edəcək iclasda beş Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iştirakı səviyyəsində keçirilir.

“Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsinin razılaşdırılması ilə bağlı danışıqlar prosesi zamanı, həmçinin Xəzəryanı ölkələrlə əməkdaşlığın müxtəlif istiqamətlərində böyük işlər də həyata keçirilib”, - Xələfov bildirib.

“Xəzəryanı ölkələrin rəhbərlərinin razılıqlara əməl etməsi hüquqi statusla bağlı danışıqlar prosesinin prioritetlərindən biridir”, - nazir müavini bildirərək qeyd etdi ki, Azərbaycan tərəfi artıq dördüncü sammit zamanı imzalanmış bütün razılaşmaları təsdiq edib.

Konvensiya layihəsinin beştərəfli razılaşmalar üzrə işinin uğurunun davamı olaraq danışıqlar prosesi çərçivəsində konstruktiv fikir mübadiləsindənçox asılıdır, X.Xələfov hesab edir.

Ekspert fikirləri mübadiləsi formatında ayrıca sualların müzakirəsini o, ümumi razılaşmalar üçün müsbət təcrübə adlandırıb. Suverenlik və hüquqlara aid məsələlər vacib və hərtərəfli müzakir tələb edən məsələlərdir.

Həmçinin Xələfovun sözlərinə görə, beynəlxalq əməkdaşlığın möhkəmlənməsi,beynəlxalq bazarlara enerji ehtiyatlarının mənimsənilməsi və nəqli zamanı investisiya mühitinin yaxşılaşdırılması, əlverişli və təhlükəsiz kommunikasiyaların yaranması, yüksəkmənfəətli və ekaloji cəhətdən təmiz texnologiyaların cəlb edilməsiləbağlı məsələlər vacib məsələlərdəndir.

Nazir müavini bildirib ki, Bakıda Xəzərdənizinin ətraf mühitinin qorunması üzrə çərçivə konvensiyası tərəflərinin altıncı konfransının da keçirilməsi nəzərdə tutulub. Burada əsas məqsəd çərçivə konvensiyasının daimi katibliyinin açılışı olaqcaq.

Bundan əlavə, Azərbaycan tərəfi katibliyin Bakıda yaranması ilə bağlı razılaşma layihəsi də hazırlayıb və bu layihəni bütün Xəzəryanı ölkələrə təqdim edib. Hazırki razılaşmanın məqsədi - həm çərçivə konvensiyası, həm də BMT-nin Ətraf Mühitin Qorunması ilə bağlı proqram çərçivəsində bir neçə görüşlər həyata keçirildi.

“Katibliyin gələcək fəaliyyəti ilə bağlı ümumi mövqenin hazırlanmasının vacibliyini xüsusi vurğulayırıq”, - Xələfov bildirdi.

1news.az

Paylaş:
525

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər