Əhməd Davudoğlu: "Erməni işğalçıları məğlub edilənə qədər Türkiyə Azərbaycanın yanında olacaq” | 1news.az | Xəbərlər
Siyasət

Əhməd Davudoğlu: "Erməni işğalçıları məğlub edilənə qədər Türkiyə Azərbaycanın yanında olacaq”

14:32 - 05 / 04 / 2016
Əhməd Davudoğlu: "Erməni işğalçıları məğlub edilənə qədər Türkiyə Azərbaycanın yanında olacaq”

Türkiyənin baş naziri Əhməd Davudoğlu Silahlı Qüvvələrimizin cəbhə bölgəsində həyatını itirənlərlə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Həyatını itirən Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm. Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm”, – bu sözləri Davudoğlu Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı bildirib.

“Erməni işğalçıları məğlub edilənə qədər Türkiyə Azərbaycanla çiyin-çiyinə durmaqda davam edəcək. Heç kəs bundan şübhə etməsin” , - türkiyəli baş nazir bildirib.

Həmçinin Davudoğlu qeyd edib ki, Türkiyə dövləti terrorla mübarizəni davam etdirəcək:

“Biz terroru lənətləyirik və var gücümüzlə buna mane olacağıq”.

1news.az

 

Paylaş:
760

Son xəbərlər

Bütün xəbərlər