Prezident İlham Əliyev yaralı hərbçilərə baş çəkib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev yaralı hərbçilərə baş çəkib – FOTO

14:50 - 05 / 04 / 2016
Prezident İlham Əliyev yaralı hərbçilərə baş çəkib – FOTO

Aprelin 5-də Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşüb.

Müdafiə naziri Zakir Həsənov bildirib ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib. Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür.

Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər.

Sonra Prezident İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşüb.

1news.az

 

Paylaş:
1645

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər