İlham Əliyev Beynəlxalq Ağır Atletika Federasiyasının prezidentini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Beynəlxalq Ağır Atletika Federasiyasının prezidentini qəbul edib

15:25 - 05 / 04 / 2016
İlham Əliyev Beynəlxalq Ağır Atletika Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul edib.

Bu barədə 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Ölkəmizdə və paytaxt Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyən Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan ötən səfərindən keçən iki il müddətində şəhərimizin daha da gözəlləşdiyinin şahidi olduğunu bildirdi. Azərbaycanın artıq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir məkana çevrildiyini qeyd edən qonaq bu münasibətlə təbriklərini çatdırdı.

Tomaş Ayan ötən il Bakıda birinci Avropa Oyunlarının ən yüksək səviyyədə keçirildiyini vurğuladı. Bu ilin iyun ayında isə Bakının Formula 1 yarışlarına ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan Tomaş Ayan bu yarışın bütün dünyada böyük maraqla izlənildiyini dedi, yarışları izləmək üçün Bakıya Avropa ölkələrindən çoxlu sayda turistlərin gələcəyini qeyd etdi.

Dövlətimizin başçısı “Formula-1” yarışlarının böyük marağa səbəb olacağına əminliyini ifadə etdi, bu məqsədlə ölkəmizə çoxlu sayda turistlərin gələcəyinə ümidvar olduğunu dedi.

Görüşdə Azərbaycanda idmanın ayrı-ayrı növlərinin, o cümlədən ağır atletikanın inkişafına dövlət səviyyəsində diqqət göstərilməsinin əhəmiyyəti vurğulandı, ölkəmizin idman sahəsində beynəlxalq əməkdaşlıq işinə böyük töhfələr verdiyi qeyd olundu.

1news.az

 

Paylaş:
523

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər